“Azərsığorta”dan Rusiyaya işgüzar səfər

Azərbaycan Sığortaçılar Assosiasiyası, İcbari Sığorta Bürosu və aparıcı sığorta şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə işgüzar səfər etmişlər.

Səfər çərçivəsində Azərbaycan sığortaçıları ilə Ümumrusiya Sığortaçılar Birliyi və Rusiya Avtomobil Sığortaçıları Birliyinin rəhbərliklərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Qeyd edək ki, “Azərsığorta" şirkətinin İdarə Heyəti sədrinin müşaviri, ASA-nın ekspert qrupunun üzvü Ceyhun Qurbanlı da bu görüşdə iştirak etmişdir.

Rusiyanın ən böyük sığorta şirkətlərindən olan "Alfa-straxovanoe", həmçinin “Straxovoy Dom BCK” şirkətlərinin baş idarələrində keçirilən görüşlər zamanı “Zərərlərin vahid sistem üzərindən hesablanması” və  “Vahid tənzimləmə” ilə bağlı Rusiya təcrübəsi ilə yaxından tanış olmuşlar, eyni zamanda bu təcrübənin Azərbaycan sığorta bazara uyğunlaşdırma imkanlarını araşdırmışlar. Tərəflər həmçinin iki ölkə arasında təcrübə mübadiləsinin yeni prioritetlərini də müzakirə etmişdirlər.

Onu da əlavə edək ki, müvafiq səfər Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Ümumrusiya Sığortaçılar Birliyi arasında 2021-ci ildə imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memorandum çərçivəsində təşkil olunmuşdur.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin