Sizin dövlət sığortanız

Tariximiz

“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti 1921-ci il, oktyabr ayının 21-də SSRİ Maliyyə Nazirliyinin idarə etdiyi “Qosstrax” tərəfindən tənzimlənən yerli Dövlət Sığorta İdarəsi (“Azqosstrax”) kimi fəaliyyətə başlamışdır. Təşkilatın ilkin məqsədi zəhmətkeş əhalinin məişət yaşam səviyyələrini yaxşılaşdırmaq idi. Bu məqsədlə, Azqosstrax aşağıda qeyd olunmuş istiqamətlər üzrə xərcləri qarşılamağı öhdəsinə götürürdü:

- Müvəqqəti iş qabiliyyəti olmayanların məvaciblərinin tam ödənilməsi;

- Təqaüdlərin qarşılanması;

- Evdə istirahətin qarşılanması;

- Sanatoriya-kurortlara göndərişlərin qarşılanması;

- Evi tikilənlər üçün əlavə vəsaitin ayrılması;

- Dietik qidalanmanın maliyyələşdirilməsi

Vəsaitlərin ödənilməsi üçün 1921-ci ildə qəbul olunmuş dekretə əsasən, Sosial Kassa yaradılmış və kassaya vəsaitlər QosBank (Dövlət Bankı) tərəfindən ayrılmağa başlamışdır.

70-ci illərdə əhalinin, dövlət və kooperativ müəssisələrin ödəmə qabiliyyətinin artması SSRİ dövlət sığorta agentliyinin filial sayının artması ilə müşahidə olunmuşdur. "Qosstrax"da yaşayış və qeyri-yaşayış binaları, müxtəlif kənd təsərrüfatı bitkilərinin əkin sahələri, kifayət qədər şəxsi avtomobil sığortalanmışdır. 

Respublikada sığorta işi 1990-cı illərdən sonra daha dinamik inkişaf etməyə başladı və 1991-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sığorta (Azqosstrax) bazası əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradıldı.

Ölkənin ən böyük tarixi keçmişə sahib olan "Azərsığorta" şirkəti bütün ötən illər ərzində milli tarixi ənənələrə sadiq qalaraq öz irsini qoruyub saxlamışdır. Müstəqillik dövründən sonra Azərbaycan regionda böyük layihələrə imza atmış, regionda və xarici siyasətdə öz nüfuzunu artırmışdır. 

Prezident İlham Əliyevin 2020-ci il 07 avqust tarixli Fərmanına əsasən "Azərbaycan İnvestisiya Holdinqi" təsis edilmiş və 2021-ci il 22 sentyabr tarixli, 2907 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin idarə olunmasının əsasları "Azərbaycan İnvestisiya Holdinq"inin səlahiyyətinə verilmişdir.

Hazırda “Azərsığorta” brendi altında fəaliyyətini uğurla davam etdirən Dövlət Sığorta Şirkəti bütün ölkə üzrə geniş filial şəbəkəsinə malikdir. Şirkət yeni biznes strategiyası ilə bazardaki mövqeyini daha da gücləndirmək üçün inamlı addımlar atmaqda davam edir. Şirkət tam şəkildə yenilənmə mərhələsi keçməkdədir. İslahatlar və yeni layihələr nəticəsində şirkət sığorta bazarında yeni imkanlar yaradaraq bazarın əsas iştirakçısına çevrilməkdə davam edir.

Dinamik inkişaf edən “Azərsığorta” hazırda sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün növ qeyri-həyat sığortası məhsullarını təklif edir. Şirkət İcbari Sığorta Bürosunun (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvü və fəal iştirakçısıdır.

Missiya

Müştəriyönümlü həllərimiz, çevik və əlçatan sığorta xidmətlərimizlə məmnuniyyət və əminlik yaratmaq

Vizyon

Tarixi təcrübəmizlə yenilikçiliyi bir araya gətirərək müştərilərimizin etibarlı sığorta tərəfdaşı olmaq

Strategiya

Strateji dövr ərzində bütün növ korporativ və fərdi müştərilərə fokuslanaraq həcmlərə görə sığorta bazarının lider sığorta şirkətləri arasında yerləşmə

Dəyərlər

Tərəfimizdən 5 əsas Dəyər qəbul edilmişdir: 
 

- Sahiblənmə

- Müştəriyönümlülük

- Dürüstlük

- Yenilikçilik

- İnsan Kapitalı

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin