Sığorta hadisəsi sayılmayan hallar aid olmayan xidmətlər

  • Müharibə, hər cür əməliyyatlar, vətəndaş müharibəsi, üsyan, xalq iğtişaşları, qiyamlar, tətillər, kütləvi iğtişaş nəticəsində və bunların qarşısının alınması və yatırılması məqsədi ilə keçirilən inzibati və hərbi tədbirlər, habelə Sığorta olunanın hər cür silahlı qüvvələrdə və qruplaşmalarda qulluq etməsi nəticəsində, terrorizm aktları və onların nəticələri;
  • Təbii fəlakətlər, nüvə partlayışı, radiasiya və radioaktiv şüalanma nəticəsində;
  • Sığortalının cinayət törətməsi, yaxud cinayətə cəhd göstərməsi, habelə özünə qəsdən bədən xəsarəti yetirməsi və intihara cəhd etməsi nəticəsində;
  • Sığorta olunanın (Sığortalının) və/və ya sığorta ödənişinin alınmasında maraqlı olan üçüncü şəxslərin sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən edilmiş hərəkətləri və ya hərəkətsizliyi;
  • Sığorta olunan (Sığortalı) tərəfindən törədilmiş, sığorta hadisəsi ilə birbaşa səbəb-nəticə əlaqəsində olan hüquqa zidd hərəkətlər;
  • Alkoqolizm, narkomaniya, toksikomaniya, narkotik maddələrdən, psixotrop və asılılıq yaradan preparatlardan istifadə nəticəsində;
  • Epidemiyalar, karantinlər (Covid-19 xəstəliyi ilə bağlı istisna olmaqla), meteoroloji şərait;
  • Ürək və damar sistemi ilə bağlı cərrahi əməliyyatlar, angioqrafiya, angioplastika və şuntlama;
  • Peşəkar pilot tərəfindən idarə olunan mülki aviasiya təyyarəsində sərnişin qismində uçuşlar istisna olmaqla, digər hallarda idarə edilən uçuş aparatında uçuş;
  • Sığorta olunanın mühərriksiz və ya mühərrikli və superyüngül uçuş aparatlarında uçuşu və həmçinin paraşütlə tullanması, dağüstü xizək sürmə, avtomobil və motosiklet yarışları, sualtı üzgüçülük, su-motor və digər təhlükəli idman növləri;
  • Sığorta olunanın məşqlərdə və idman yarışlarında iştirak etməsi ilə bağlı peşəkar idman növü ilə məşğul olması;
  • Sığorta olunan həyat və sağlamlıq üçün yüksək təhlükəli fəaliyyət növü ilə məşğul olması, həmçinin (rəsmi sürücülük peşəsi, mədən fəhləsi, inşaatçı, elektromontajçı kimi çalışarkən);
  • Səfərin məqsədi olan müalicə ilə bağlı xərclər;
  • Sığorta təminatının müddəti başlamazdan əvvəl Sığortaçıya məlum olan və ya olmayan bütün xroniki xəstəliklər və nəticələri (ölüm və repatriasiya xərcləri daxil olmaqla);
  • Sığorta olunanın daimi yaşayış yerindəki ölkədə yol verdiyi tibbi xərclər;
  • Sığortaçı və Assistant şirkətinin razılığı olmadan 200 (iki yüz) manat məbləğindən artıq çəkilmiş tibbi xərclər;
  • Sığorta hadisəsi sığorta Müqaviləsinin qüvvədə olma müddəti başa çatdıqdan sonra baş verərsə;

Sığortaçı aşağıdakı xərcləri ödəmir

  • Tibbi yardımın kəskin ağrı və ya Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olduğu hallar istisna olmaqla, müalicəsinin həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq sığorta müqaviləsi bağlanan tarixə qədər məlum olan xəstəliklərin müalicəsi ilə bağlı xərclər;
  • Sığorta müqaviləsinin qüvvəyə minməsindən əvvəl Sığorta olunan tərəfindən qəbul edilən müalicə ilə bağlı, həmçinin Sığorta olunanın səhhətinə görə səfər etməyə əks göstəriş olduğu hallarda baş verən, Sığorta olunanın səhhətinin pisləşməsi və ya ölümü ilə bağlı yaranan xərclər;
  • Epilepsiya, sinir və psixi xəstəliklərin aradan qaldırılması və müalicəsi xərcləri (təlaş həmləsi, depressiya, isteriya sindromu);
  • Onkoloji xəstəliklərin müalicə xərcləri;
  • Sığorta olunanın həyatına bilavasitə təhlükə yaradan vəziyyətlərdə həyata keçirilən təxirəsalınmaz tədbirlər istisna olmaqla, xroniki xəstəliklərin müalicə xərcləri;
  • Qəfil xəstəlik və ya bədbəxt hadisə ilə bağlı olmayan hallarda sığorta olunanın aldığı tibbi xidmətlərə çəkilən xərclər, profilaktik tədbirlər və ümumi tibbi müayinələrə çəkilən xərclər;
  • Sığorta olunanın QİÇS və digər zöhrəvi xəstəliklərə (mikoplazmoz, xlamidioz, ureaplazmoz, sitomeqalovirus, herpetik infeksiyalar və s.) müayinəsi və müalicəsi bu xəstəliklər nəticəsində yaranan ağırlaşmalar və yoluxmalar və həmçinin onun nəticəsi olan xəstəliklərdən müalicə xərcləri;
  • Hamiləlik müddətində məsləhət, müayinə və müalicə ilə bağlı xərclər, həmçinin doğuş və doğuşdan sonrakı xərclər, süni mayalanma, sonsuzluğun müalicəsi və hamiləliyin (döllənmənin) qarşısının alınması üzrə xərclər, bədbəxt hadisə və ya qəflətən xəstələnmə nəticəsində Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı zəruri olan uşaqsalma (abort) halları istisna edilməklə;
  • Əksər hallarda cinsi yolla yoluxan və həmçinin onların nəticəsi olan xəstəliklərdən müalicə olunma xərcləri;
  • Plastik və bərpaedici cərrahiyə, göz və diş protezləri daxil olmaqla, hər növ protez qoyma xərcləri;
  • Dişin və dişətrafı toxumaların kəskin iltihabı və həmçinin bədbəxt hadisə nəticəsində diş zədələndikdə müayinə, müalicə və tibbi preparatlara çəkilən xərclər istisna olmaqla, stomatoloji yardım göstərilməsinə çəkilən xərclər;
  • Tibbi nöqteyi-nəzərdən zəruri olmayan xidmətlərin göstərilməsi və ya həkim tərəfindən təyin edilməyən müalicə ilə əlaqədar xərclər;
  • Sığorta olunanın sığorta hadisəsi ilə əlaqədar müraciətinə əsasən aldığı həkim göstərişlərinin yerinə yetirilməsindən könüllü surətdə imtina etməsi nəticəsində ortaya çıxan xərclər;
  • Qeyri-ənənəvi müalicə metodlarına çəkilən xərclər, manual terapiya, refleksoterapiya (akupunktur), masaj, homeopatiya, fitoterapiya  və naturoterapiya və bu kimi qeyri-ənənəvi  üsullarla müalicə;
  • Müvafiq lisenziyası olmayan tibb müəssisəsi və ya tibbi fəaliyyəti həyata keçirmək hüququ olmayan şəxs tərəfindən göstərilən xidmətlərlə əlaqədar xərclər;
  • Reabilitasiya-bərpaedici müalicə və fizioterapiya xərcləri, köməkçi vasitələrin (eynəklər, optik və kontakt linzalar, eşitmə cihazları, hər cür əlil arabaları, əsa, qoltuq ağacları və s. tibbi avadanlıqlar və cihazlar) satın alınması və təmir edilməsi ilə əlaqədar çəkilən xərclər;
  • İstirahət mərkəzlərində, sanatoriyalarda, pansionatlarda, istirahət evlərində və digər bu tip müəssisələrdə müalicə-reabilitasiya kursu qəbul etməklə əlaqədar olan xərclər;
  • Bədbəxt hadisə və ya qəfil xəstəliklə bağlı olmayan dezinfeksiya, profilaktik vaksinasiyalar, həkim ekspertizası, laboratoriya və diaqnostika müayinələrinin keçirilməsi ilə əlaqədar xərclər; sığorta olunanın könüllü qanvermə aksiyalarında iştirak zamanı hər hansı bir xəstəliyə yoluxması;
  • Əlavə rahatlıq, yəni “lüks” tipli palata, televizor, telefon, kondisioner, nəmləndirici, bərbər, masajçı, kosmetoloq, tərcüməçi və sair xidmətlərin göstərilməsi ilə əlaqədar xərclər;
  • Sığorta olunan daimi yaşadığı ölkəyə qayıtdıqdan sonra çəkilən xərclər;
  • Müəyyən edilmiş sığorta məbləğini aşan xərclər;
  • Assistant mərkəzi tərəfindən icazə verilməmiş ambulator müalicə, stasionar müalicə, tibbi daşınma, sığorta olunanın ölümündən sonrakı repatriasiya xərcləri;

Əgər sığorta müqaviləsində şərtsiz azadolma nəzərdə tutulubsa, o, hər bir sığorta hadisəsi üzrə xərclər ödənildikdə tətbiq olunur. Baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadıqda, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina olunur.
 

 

Səyahət sığortası

Səyahət zamanı yarana biləcək tibbi xərclərə dair təminat üçün sığortalanın.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin