Səyahətinizi xoşbəxt xatirələrlə dolu, təhlükəsiz, ən xoş anlarla yadda qalan etmək "Azərsığorta" ilə daha asandır. A-dan Z-yə sığorta təminatlarını əhatə edən "Azərsığorta" səyahət sığortası Sizi səyahatdə olduğunuz müddətdə gözlənilməz qəfil xəstəliklərdən və bədbəxt hadisələrdən əminliklə qoruyacaqdır. Sizə mənəvi və maddi cəhətdən dəstək olmağa hər zaman hazırıq, səyahət zamanı sağlamlıqla bağlı yaranmış bütün problemlərinizi bizə havalə edə bilərsiniz.

Bizim əsas məqsədimiz Sizin səyahətinizin rahat şəkildə baş tutmasını təmin etməkdir. "Azərsığorta" səyahət sığortası ilə siz aşağıdakılar üzrə tam təminatlı olursunuz.

Tibbi məlumatlandırma 

24/7 ərzində tibbə aid məlumatla təmin edilmə

Tibbi xərclər 

Bədbəxt hadisə və qəflətən xəstələnmə nəticəsində travma, yanıq və digər zədələnmələr ilə əlaqədar təcili və təxirəsalınmaz tibbi yardım, əməliyyatların, diaqnostik müayinələrin həyata keçirilməsi xərcləri, o cümlədən həkim tərəfindən təyin edilmiş tibbi preparatlar, sarğı materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də daxil olmaqla, stasionarda qalma və müalicə olunma (standart tipli palatada) xərcləri; həkim xidmətləri, diaqnostik müayinələr, həkim tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də daxil olmaqla, ambulator müalicə xərcləri.

Tibbi daşınma xərcləri

Hadisə yerindən ərazisində olduğu ölkənin ən yaxın məsafədə yerləşən tibb müəssisəsinə və ya bilavasitə yaxınlıqda yerləşən həkimin yanına təxliyyə edilmə (“təcili yardım” avtomobili və ya digər nəqliyyat vasitəsi ilə) xərcləri; Müvəqqəti olduğu ölkədə tələb olunan tibbi yardımın göstərilməsi üçün imkanın olmaması şərtilə, müşayiət edən şəxsə çəkilən xərclər (əgər bu cür müşayiət olunma həkim tərəfindən təyin olunubsa) daxil olmaqla Sığorta olunanın xaricdən yaşadığı yerə və ya yaşadığı yerdən ən yaxın məsafədə yerləşən tibb müəssisəsinə təcili tibbi repatriasiya xərcləri. Təcili tibbi repatriasiya müstəsna hallarda onun zəruriliyi yerli müalicə edən həkim tərəfindən verilən sənədlər əsasında Sığortaçı həkiminin rəyi ilə təsdiq edildikdə və bunun üçün heç bir əks tibbi göstəriş olmadıqda həyata keçirilir. Təcili tibbi repatriasiya xərcləri sığorta müqaviləsində nəzərdə tutulmuş məbləğ çərçivəsində ödənilir. Stasionarda qalma xərcləri müqavilədə müəyyən olunmuş sığorta hədlərini aşa biləcək hallarda Sığorta olunanın xaricdən yaşadığı yerə və ya yaşadığı yerdən ən yaxın məsafədə yerləşən tibb müəssisəsinə tibbi repatriasiya olunması xərcləri. Tibbi repatriasiya yalnız əks tibbi göstərişin olmaması şərti ilə həyata keçirilə bilər. Tibbi repatriasiya xərcləri sığorta müqaviləsində nəzərdə tutulmuş məbləğ çərçivəsində ödənilir. 

Ölümdən sonrakı repatriasiya xərcləri

Əgər ölüm sığorta hadisəsi nəticəsində baş veribsə, cəsədin Sığorta olunanın (ölümdən sonra) daimi yaşadığı yerə, haqqında servis mərkəzi tərəfindən sanksiya verilmiş repatriasiya xərcləri. Ölümdən sonrakı repatriasiya xərcləri sığorta müqaviləsində nəzərdə tutulmuş məbləğ çərçivəsində ödənilir. Sığorta olunanın daşınma üsulu (4.1.B – 4.1.V bəndləri) tibbi göstərişlər nəzərə alınmaqla Sığortaçı/Servis mərkəzi tərəfindən müəyyən edilir. Bununla belə Sığortaçı daşıyıcı tərəfindən hərəkət  cədvəlinin pozulmasına dair məsuliyyət daşımır.

Covid 19 virusundan təminat

Sığorta məhsulunu əldə etmək üçün "Azərsığorta"nın xidmət şəbəkələrinə yaxınlaşa və ya *1200 nömrəsinə zəng edərək müraciət edə bilərsiz. "Azərsığorta"nın peşəkar mütəxəssisləri Sizə uyğun olan büdcəni  nəzərə almaqla və ya biznesinizin özünəməxsus xüsusiyyətlərini nəzərdə tutan məxsusi yanaşma ilə fərdi sığorta proqramı ilə yüksək səviyyədə xidmətinizdə duracaqdır.

Səyahət sığortası

Səyahət zamanı yarana biləcək tibbi xərclərə dair təminat üçün sığortalanın.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin