Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası Azərbaycan Respublikası ərazisində mexaniki avtonəqliyyat vasitələrinin istifadəsi nəticəsində fiziki və hüquqi şəxslərin əmlakına, həmçinin fiziki şəxslərin sağlamlığına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə istifadə olunur.

Yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir.

Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:

  1. Mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:
  • minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
  • yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
  • mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
  • motosiklеtlər və motorollerlər;
  • traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri.

2. trollеybuslar və tramvaylar.

Onlayn satış 

AVSMMİS üzrə yaddaş vərəqi ilə buradan tanış olun.

Nəqliyyat sığortası

Arzuolunmaz hadisələrdə ilk dəstəyin sığortadır.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin