Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı qaydada müəyyən olunur:
Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə azadolma məbləği müvafiq icbari sığorta müqaviləsində razılaşdırılır.
Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir:
Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə;
Sığorta haqqı |
50 AZN |
Təminat məbləği |
25 000 AZN |
Şərtsiz Azadolma məbləği |
250 AZN |
Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə;
Sığorta haqqı |
40 AZN |
Təminat məbləği |
20 000 AZN |
Şərtsiz Azadolma məbləği |
200 AZN |
digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə;
Sığorta haqqı |
30 AZN |
Təminat məbləği |
15 000 AZN |
Şərtsiz Azadolma məbləği |
150 AZN |
Yuxarıda qeyd edilən sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir.
Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir.
Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydası, yaşayış evlərinə və mənzillərə münasibətdə sığorta məbləğinin 0,2 %-dən artıq olmamaq şərtilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəyən zərər üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: