Sizin dövlət sığortanız

Tariximiz

“Azərsığorta” Dövlət Sığorta Şirkəti 1921-ci il, oktyabr ayının 21-də SSRİ Maliyyə Nazirliyinin idarə etdiyi “Qosstrax” tərəfindən tənzimlənən yerli Dövlət Sığorta İdarəsi (“Azqosstrax”) kimi fəaliyyətə başlamışdır.

1991-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sığorta (Azqosstrax) bazası əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmışdır. Hazırda “Azərsığorta” brendi altında fəaliyyətini uğurla davam etdirən Dövlət Sığorta Şirkəti bütün ölkə üzrə geniş filial şəbəkəsinə malikdir.

Dinamik inkişaf edən “Azərsığorta” hazırda sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün növ qeyri-həyat sığortası məhsullarını təklif edir. Şirkət İcbari Sığorta Bürosunun (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvü və fəal iştirakçısıdır.

Missiya

Müştəriyönümlü həllərimiz, çevik və əlçatan sığorta xidmətlərimizlə məmnuniyyət və əminlik yaratmaq

Vizyon

Tarixi təcrübəmizlə yenilikçiliyi bir araya gətirərək müştərilərimizin etibarlı sığorta tərəfdaşı olmaq

Strategiya

Strateji dövr ərzində bütün növ korporativ və fərdi müştərilərə fokuslanaraq həcmlərə görə sığorta bazarının lider sığorta şirkətləri arasında yerləşmə

Dəyərlər

Tərəfimizdən 5 əsas Dəyər qəbul edilmişdir: 
 

- Sahiblənmə

- Müştəriyönümlülük

- Dürüstlük

- Yenilikçilik

- İnsan Kapitalı

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin