Dövlət Sığorta Şirkəti “Bakı KOB evi” ilə əməkdaşlığa başladı.

“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin “Bakı KOB evi”ndə nümayəndəliyi fəaliyyətə başlayır.

Bildiyimiz kimi, 06.01.2023-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə paytaxtın Nərimanov rayonunda sayca 3-cü olan “Bakı KOB evi”nin açılışı olmuşdur. Yeni açılmış “Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Sığorta xidmətlərinə əlçatanlığı asanlaşdırmaq üçün “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Bakı KOB evi”ndə sahibkarlara korporativ sığorta xidmətləri göstəriləcəkdir. Nümayəndəliyin iş rejimi həftəiçi 5 gün olmaqla, saat 09:00-18:00 təşkil edəcəkdir.
 

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin