Dövlət Sığorta Şirkəti rebrendinq etdi

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti ölkənin sığorta bazarındakı mövqeyini daha da gücləndirmək, eləcə də çevik və innovativ şirkətə çevrilməsi məqsədi ilə rebrendinqlə bağlı apardığı kompleks işləri uğurla davam etdirir. Rebrendinq işləri çərçivəsində şirkətin loqosu və “brandbook”u tamamilə yenilənib.

Şirkətin yeni brendinin əsas ideoloji mahiyyəti dövlət sığortası adı altında vəhdət yaradaraq cəmiyyəti birləşdirməkdir. Yeni loqo özlüyündə cəmiyyətin vahid olması simvolunu özündə əks etdirir və milli atributumuz olan səkkizgüşəli ulduzu əmələ gətirir.

Loqodakı naxış elementləri birləşərək milli şəbəkə ornamentini simvolizə edir. Bu isə qeyd edilən vəhdəti yaratmaq üçün düşünülmüş elementlər şəbəkəsini nəzərdə tutur.

Qeyd edək ki, rebrendinq prosesi müxtəlif satış kanalları vasitəsi ilə müştərilərin tələbinə uyğun sərfəli sığorta məhsullarının hazırlanmasında və daha asan əlçatanlığının təmin olunmasında şirkətin yeni inkişaf mərhələsinə təkan olacaqdır.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin