“Azərsığorta” şirkəti “Bilik Günü” münasibəti ilə aztəminatlı ailələrə dəstək oldu

Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan dövlətə məxsus “Azərsığorta” şirkəti korporativ sosial məsuliyyətə önəm verərək bir qrup aztəminatlı ailənin övladlarına dəstək olub. 

 “Bilik Günü” ilə əlaqədar olaraq “Azərsığorta” şirkəti tərəfindən Bakıətrafı qəsəbələrdə yaşayan bir qrup aztəminatlı ailələrin övladlarına məktəbli ləvazimatları təqdim edilmişdir. 

Məlumat üçün bildirək ki, “Azərsığorta” şirkəti korporativ sosial məsuliyyət prinsiplərini əsas tutaraq növbəti ildə də sosial layihələrin həyata keçirilməsi işlərini uğurla davam etdirəcək. 

Xatırladaq ki, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 1921-ci ildə oktyabrın 21-də Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb. Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir. “Azərsığorta” sığorta yığımları və sığorta ödənişlərinin həcminə görə bazarın qabaqcıl şirkətlərindəndir.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin