“Azərsığorta”nın Direktorlar Şurasının ilk iclası keçirilib

Prezident İlham Əliyevin 2022-ci il 16 iyul tarixli Sərəncamına əsasən formalaşdırılan “Azərsığorta” ASC-nin Direktorlar Şurasının ilk iclası keçirilib. Direktorlar Şurasının sədri, maliyyə nazirinin müavini Azər Bayramovun sədrliyi ilə keçirilən iclasda Direktorlar Şurasının üzvləri, “Azərsığorta” ASC-nin sədri və digər üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.

İlk olaraq “Azərsığorta”nın Direktorlar Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

İclasda çıxış edən Direktorlar Şurasının sədri A.Bayramov qeyd edib ki, Dövlət Sığorta Şirkəti “Azərsığorta” ASC brendi ilə fəaliyyətini davam etdirən respublika üzrə geniş filial şəbəkəsinə malik dövlət müəssisəsidir. Cəmiyyətin fəaliyyətinin qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində formalaşdırılması, səmərəliliyin artırılması hazırda qarşıda duran ən vacib vəzifələrdən biridir.

A.Bayramov Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan İnvestisiya Holdinqi tərəfindən görülən işlərin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.

İclasda Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər nəzərdən keçirilib, habelə “Azərsığorta”nın korporativ idarəetmə sisteminin prinsipləri, Cəmiyyətin fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan digər cari məsələlər müzakirə edilib, sadalanan məsələlərin icrası ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin