“Azərsığorta” şirkəti yeni konsepsiyalı ilk filialını açıb

Ölkənin sığorta sektorunda əsas oyunçulardan olan dövlətə məxsus “Azərsığorta” ASC şirkəti əhaliyə təklif olunan xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə hal-hazırda filial şəbəkəsinin optimallaşdırılması istiqamətində fəal işlər aparır.  Şirkətin filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yeni konseptdə qurulmuş ilk filialının rəsmi açılışı olub.

Şirkətin strateji inkişaf planına uyğun olaraq yeni konsetpdə istifadəyə verilən ilk filial Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 29 ünvanında yerləşən “Paytaxt” filialı olub.

Yeni filial müştərilərə yüksək səviyyədə keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Belə ki, paytaxt sakinləri yeni konsepsiyada təmir edilmiş filiala yaxınlaşmaqla “Azərsığorta” şirkətinin təklif etdiyi icbari və könüllü sığorta növlərindən faydalana bilərlər.

Şirkətin İdarə Heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı deyib ki, filialların yeni konseptdə qurulmasında əsas məqsəd əməkdaşların iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müştərilərə göstərilən sığorta xidmətlərinin operativliyini və keyfiyyətini daha da artırmaqdır: “Ümid edirəm ki, yeni filialımız vasitəsilə müştərilərə sığorta məhsullarının əlçatanlığını təmin etməklə onların sığorta xidmdətlərinə ayıracağı vaxtı minimuma endirəcəyik. Əsas strateji hədəflərimizdən biri müştəri məmnuniyyəti səviyyəsini daha da yüksəltməkdir. İnanıram ki, “Azərsığorta” şirkətində aparılan yenilənmə işləri bundan sonra da uğurla davam etdiriləcək”, - deyə C.Qurbanlı qeyd edib.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin