"Azərsığorta" avtoicbari sığorta üzrə 18 milyona yaxın ödəniş edib

"Azərsığorta" Şirkəti “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS)” üzrə 18 milyon manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirib.

 “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti cari ilin yanvar-noyabr ayları üzrə zərərçəkmiş fiziki və hüquqi şəxslərə AVSMMİS üzrə ümumilikdə 17 milyon 834 min 678.36 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Şirkətin AVSMMİS üzrə verdiyi sığorta ödənişləri bu aylar ərzində artan tendensiyada davam etmişdir.

Sözügedən hesabat dövründə ən çox ödəniş edilən ay isə mart ayı olmuşdur. Belə ki, mart ayında verilən sığorta ödənişlərinin ümumi həcmi 2 milyon 478 milyon 907.79 manat təşkil edib. 

Qeyd edək ki, 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayan “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti olaraq yaradılıb.  

2022-ci il may ayından etibarən “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən Şirkət 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin