qaynar xətt
+99450 234 99 72
+99450 234 99 70
+99412 561 24 11
+99412 561 26 17
Şəxsi kabinet

AZ

RU EN

Dövlət Sığorta Kommersiya Şirkətinin əməkdaşlarında koronavirus infeksiyasının aşkar edilməsi barədə açıqlama

2.6.2020

Dövlət Sığorta Kommersiya Şirkətində (Azərsığorta) koronavirus infeksiyasının “tüğyan etməsi ” ilə bağlı “Bizimyol.info” informasiya saytında yazılanlarla əlaqədar açıqlama verərək bir sıra məsələləri diqqətinizə çatdırırıq. 
Qeyd etmək istərdik ki “Azərsığorta” ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün ölkə başcısı cənab İlham Əliyevin çağırışına qoşularaq “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 100.000 AZN vəsait köçürmüşdür. Pandemiya dövründə Nazirlər Kabineti tərəfindən tətbiq edilən məhdudiyyətlərə riayət edərək Hökümətin Qərarlarına və Mərkəzi Bankın pandemiya şəraitində sığorta şirkətlərinin iş rejiminə  dair tövsiyyələrinə tam əməl etməklə Şirkətin əməkdaşları sosial məsafəni qorumaqla məhdud sayda işə çıxmışlar, digər əməkdaşlar isə distant şəkildə evdən işləmişlər.
İdarə heyəti sədrinin birinci müavini Avtandil Hacıyev virusa yoluxması məsələsinə aydınlıq gətirərək bildirmək istəyirik ki, həmin şəxs Ramazan Bayramı günlərində yəni 26 may 2020-ci il tarixdə Təcili Tibbi yardıma stansıyasına müraciət etmiş, ondan və ailə üzvlərindən test nümunələri götürülmüşdür. Götürülən nümunələr nəticəsində A.Hacıyevdə nəticə pozitiv olmuş, lakin onunla bir evdə yaşayan ailə üzvilərində nəticələr neqativ olmuşdur. Aftandil Hacıyevin vəziyyəti isə hal hazırda qənaətbəxşdir və özünü yaxşı hiss edir.
Azərsığortanın əməkdaşlarında koronavirus infeksiyasının aşkar edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və ölkənin sığorta siyasətinin həyata keçirməsində mühüm rol oynayan Dövlət Sığorta Kommersiya Şirkətinin imicinə mənfi təsir göstərməklə iş ahənginin pozulmasına xidmət edir.
Eyni zamanda bildirmək istərdik ki, İdarə Heyəti tərəfindən işçilərin həyat və sağlamlığının qorunması məqsədilə preventiv tədbirlər görülür. Əməkdaşlar və Şirkətə gələn müştərilər tibbi maskadan istifadə edirlər, onların hərarəti yoxlanılır, ofis və iş otaqlarımız hər həftə xüsusi məhlullarla dezinfeksiya edilir. 
Həmçinin 01 iyun 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Gigiyena və Epidemoloji Mərkəzin rəhbərliyi Şirkətə dəvət edilmiş və əməkdaşlarının tibbi test edilməsi üçün siyahı təqdim edilmişdir. Artıq əməkdaşlarımızın tibbi test edilməsinə başlanılmışdır.
Respublikada ən geniş filial şəbəkəsinə, zəngin iş təcrübəsinə və kadr potensialına malik olan Dövlət Sığorta Kommersiya Şirkəti könüllü və icbari sığorta növləri üzrə fiziki və hüquqi şəxslərə müasir standartlara cavab verən sığorta xidmətləri göstərməklə Sizin etibarlı sığorta təminatçınız olmağından məmnunluq hissi duyur.   

© 2012-2019. Dövlət Sığorta Şirkəti