qaynar xətt
+99450 234 99 72
+99450 234 99 70
+99412 561 24 11
+99412 561 26 17
Şəxsi kabinet

AZ

RU EN

Balakən şəhərində baş vermiş yanğın hadisəsinə görə verilmiş sığorta ödənişi haqqında

28.1.2020

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq Balakən şəhər sakini Bayramova Gülnar Ramiz qızını ona  məxsus yaşayış evini Dövlət Sığorta Şirkətinə icbari qaydada sığortalamışdır. 13 yanvar 2020-ci il tarixdə həmin ünvanda yanğın hadisəsi baş vermişdir.  Təqdim edilmiş sənədlərə və toplanmış materiallara əsasən yanmış daşınmaz əmlak üçün 15.000 (on beş min) manat sığorta ödənişi qanunvericiliyin tələblərinə uyğun şəkildə hesablanmış və vətəndaşın bank hesabına köçürülmüşdür.

Bayramova Gülnar Ramiz qızı ona göstərilmiş keyfiyyətli sığorta xidməti və ödənişinin həyata keçirdiyinə görə Dövlət Sığorta Şirkətinə öz təşəkkürünü bildirmişdir. 

Bunları nəzərə alaraq Dövlət Sığorta Şirkəti bir daha respublikanın bütün vətəndaşlarına müraciət edir: Əmlaklarınızı sığorta etdirin ki, gələcəkdə bu cür hadisələr baş verdiyi halda sığorta təminatı ala biləsiniz.

Şəkil-1

Şəkil-2
Şəkil-3
Şəkil-4


© 2012-2019. Dövlət Sığorta Şirkəti