qaynar xətt
+99450 234 99 72
+99450 234 99 70
+99412 561 24 11
+99412 561 26 17
Şəxsi kabinet

AZ

RU EN

Yaşayış evlərinin və mənzillərin icbari sığortası haqqında

11.12.2019

Yaşayış evlərinin və mənzillərin icbari sığortası haqqında

 

Məlumat üçün bildiririk ki, vətəndaşlara məxsus yaşayış evlərinin, mənzillərin yanğın, zəlzələ, təbii fəlakətlər və digər gözlənilməz hadisələrdən zədələnməsi və ya məhv olması ilə əlaqədar dəyən zərərin ödənilməsinə təminat yaratmaq məqsədilə “İcbari sığortalar haqqında Qanun” qəbul edilmişdir. Buna baxmayaraq daşınmaz əmlakın (yaşayış evləri və mənzillərin) icbari sığortası işi respublikanın bütün rayonlarında zəif təşkil edilmişdir.

Bununla əlaqədar olaraq İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədovun sözlərinə görə bu sahədə elektronlaşmanın həyata keçirilməsi nəzərdə tutulur.  Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası ilə inteqrasiya yaradılmalıdır. Bundan sonra hansı mənzilin sığortalı, hansının isə sığortasız olduğunu elektron qaydada müəyyən etmək mümkün olacaq. Yaşayış yerləri ilə əlaqədar nəzarəti həyata keçirən qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq icra hakimiyyətləri orqanlarıdır.

Artıq icra hakimiyyətlərinin sığortalı yaşayış yerini sığortasızdan ayıra bilmələri üçün fiziki olaraq yerində araşdırma aparmalarına ehtiyac qalmayacaq. İnformasiya sistemi ilə öz ərazilərində olan hansı evin sığortalı olduğunu hansının isə sığortasız olduğunu görə biləcəklər. Sığortasız yaşayış evləri və mənzil isə elektron qaydada  30 (otuz) manat məbləğində cərimə olunacaq. Bir neçə həftədən sonra həmin mənzil yenədə sığortalanmazsa, onun sahibi yenə cərimələnəcək.       

Hazırda yaşayış evləri və mənzillər Bakı şəhəri üzrə 25000 manat sığorta məbləği olmaqla sığorta haqqı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20000 manat sığorta məbləği olmaq sığorta haqqı 40 manat, digər şəhər və rayonlarda 15000 manat sığorta məbləği olmaqla sığorta haqqı 30 manat təşkil edir.

© 2012-2019. Dövlət Sığorta Şirkəti