qaynar xətt
+99450 234 99 72
+99450 234 99 70
+99412 561 24 11
+99412 561 26 17
Şəxsi kabinet

AZ

RU EN
X

Zəng sifariş et

Adınız:
Telefon:

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və itkin düşmüş hərbi qulluqçuların vərəsələrinin nəzərinə

30.1.2019

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991 -ci ildən 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və itkin düşmüş hərbi qulluqçuların vərəsələrinin Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə çoxsaylı müarciətlərini nəzərə alaraq aşağıdakı məlumatı diqqətinə çatdırır.

         Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. 

         Bununla əlaqədar olaraq 1991-1997-ci illərdə sığorta ödənişi almış şəxslər (vərəsələr) də birdəfəlik ödənişi almaq üçün   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müarciət edə bilərlər.