qaynar xətt
+99450 234 99 72
+99450 234 99 70
Şəxsi kabinet

AZ

RU EN
X

Zəng sifariş et

Adınız:
Telefon:

Dövlət Sığorta Şirkəti müavinət mübahisələrinə aydınlıq gətirdi

17.11.2018

Sədr müavini: Biz üzərimizdə düşəni etmişik Dövlət Sığorta Kommersiya Şirkəti şəhid ailələri üçün nəzərdə tutulmuş 11 manat məbləğində birdəfəlik müavinətlə bağlı mübahisələrə aydınlıq gətirib. Şirkətin İdarə Heyəti sədrinin birinci müavini Aftandil Hacıyev REAL-a müsahibəsində 1997-ci ilin avqust ayına qədərki dövrdə şəhid hərbi qulluqçulara görə sığorta ödənişinin verilməsi ilə bağlı mövcud olmuş qanunvericiliyin tələbləri, sığorta ödənişinin verilməsi prosedurları barədə danışıb. O, qeyd edib ki, həmin dövrdə vərəsələrə sığorta ödənişinin verilməsi qüvvədə olmuş təlimata əsasən möhürlənərək təsdiq edilən və rəsmi sənəd hesab edilən jurnalda qeydiyyata alınıb. Sığorta ödənişi üçün vətəndaşların müraciətləri əsasında onlara notariat orqanları tərəfindən məhz sığorta ödənişinin verilməsi üçün nəzərdə tutulan vərəsəlik şəhadətnamələri verilib ki, bu şəhadətnamələrdə onların sığorta ödənişi almaq üçün verildiyi qeydi əksini tapır.

 Sonra bu şəhadətnamələr əsas götürülməklə vərəsələrə adlı çeklər verilib, bu sənədlər əsasında banklardan vəsaitlərini qəbul ediblər. Şirkətin İdarə Heyəti sədrinin birinci müavini Aftandil Hacıyev REAL-a müsahibəsini təqdim edilirk.