qaynar xətt *1200
+99412 3102270
Şəxsi kabinet

AZ

RU EN

Dövlət Sığorta Şirkətinin məqsədi keyfiyyətli sığorta təminatı yaratmaqdır.

5.3.2021

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaxşılaşdırılması ölkə Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin əsas xəttini təşkil edir.
Ölkəmizin iqtisadi gücü artdıqca dövlət tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da davamlı xarakter alır. Ölkə iqtisadiyyatında, xüsusilə, qeyri-neft sektorunda iqtisadi yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf perspektivini əks etdirir, digər tərəfdən isə maliyyə və sığorta xidmətləri sisteminin bazar iqtisadiyyatının dinamik inkişaf edən sahələrindən birinə çevrilməsinə zəmin yaradır.
Bu gün sığorta şirkətləri maliyyə sisteminin ən aktiv elemetləri olaraq maliyyə bazarlarının yeni çağırışlarına cavab verməli, xidmət keyfiyyətini yaxşılaşdırmalı, yeni texnologiyalar əldə etməli və vətəndaş məmnunluğunu təmin etməlidirlər.
Bu baxımdan ölkənin sığorta bazarının liderlərindən biri olan Dövlət Sığorta Kommersiya Şirkəti fəaliyyətində və sığortalılara göstərilən xidmətlərdə yüksək keyfiyyət standartlarına nail olmaq, sığorta ödənişinin verilməsində operativliyi təmin etmək məqsədilə sağlamlaşdırma planına uyğun olaraq Mərkəzi Bankın dəstəyi ilə bir sıra tədbirlər həyata keçirir.
Şirkətdə müasir tələblərə cavab verən yeni korporativ struktur təsdiq edilərək fəaliyyətə başlamışdır. Göstərilən xidmətlərin elektronlaşdırılması, sığorta müqavilələri üzrə vahid məlumat bazasının formalaşması istiqamətində Şirkətdə müvafiq işlər həyata keçirilir və tədbirlər görülür. Sığorta qanunvericiliyinə uyğun olaraq fiziki və hüquqi şəxslərə sığorta bazarında yeni çağırışlara cavab verən sığorta məhsulları təklif edilir, zərərlə işləyən bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi və ya dayandırılması planlaşdırılır.
Şirkətin İdarə Heyətinin qərarına əsasən Bakı şəhərində yerləşən, zərərlə işləyən 7 filialın fəaliyyəti dayandırılmışdır. Regional inkişaf perspektivini nəzərə alaraq bəzi filialların bazasında nümayəndəlik yaradılması planlaşdırılır. Fəaliyyəti dayandırılmış filiallarda çalışmış sığorta mütəxəssislərinə digər filiallarda müvafiq iş təklif edilir.
Həyata keçirilən daxili islahatların məqsədi Dövlət Sığorta Kommersiya Şirkətinin əməliyyat potensialını inkişaf etdirmək, sığorta hadisələrinə daha ədalətli yanaşmanı təmin etmək, sığorta bazarının inkişaf etməsinə öz töhfəsini verməkdir.

© 2021. Dövlət Sığorta Şirkəti