"Azərsığorta" Korporativ şirkətlər üçün Korporativ Tibbi Sığorta məhsulunu təqdim edir.  "Azərsığorta" Tibbi Sığortası ilə rəhbəri olduğunuz müəssisə, təşkilat, qurum, idarə və s. əməkdaşlarınıza tibbi xərclərin artdığı bu günlərdə ən keyfiyyətli tibbi xidmət göstərə bilmənizi təmin etməklə yanaşı işçilərinizin tibbi xərclərinizi ödənilməsinə dəstək olacaq və əminliklə onların qayğısına qalıb xüsusi diqqətinizi sərgiləyə biləcəyiniz xüsusi fürsət imkanları qazana bilərsiniz.

Üstünlüklərimiz:

  • Şirkətimiz ən böyük sığorta şirkətlərindən biridir və ən əsası yeganə etibarlı dövlət şirkətidir;
  • Çoxillik uğurlu iş təcrübəsinə, formalaşmış imicə malikdir;
  • Şirkətin geniş inkişaf etmiş regional şəbəkəsi respublikanın bütün ərazisində müştərilərə tibbi sığorta üzrə keyfiyyətli və operativ xidmətin göstərilməsinə imkan yaradır; 
  • Müştəri məmnuniyyəti; 
  • Çevik sığorta proqramı və hər bir müştəriyə fərdi yanaşma:
  • Müxtəlif təbəqələr üçün fərdi sığorta proqramları işlənib hazırlanır;
  • Sığorta polisi rəsmiləşdirilərkən müştəriyə lazım olan xidmətlərin onun özü tərəfindən seçilməsi və proqrama daxil edilməsi imkanı yaradılır;
  • Xidmətin göstərilməsində maksimum operativlik;
  • Yüksək keyfiyyətli xidmət;
  • Peşəkar və təcrübəli işçi heyəti;
  • Geniş çeşidli tibbi xidmətlərdən istifadə imkanı;
  • 24 saat həkim-koordinator xidməti və təxirəsalınmaz tibbi yardımın təşkil edilməsi;
  • Azərbaycan Respublikasının ərazisində yerləşən yüksək keyfiyyətli avadanlıqlarla təchiz olunmuş və peşəkar həkim heyəti ilə təmin olunmuş tibb müəssisələri ilə əməkdaşlıq və tibb müəssisələrinin siyahısının ildən-ilə genişləndirilməsi;
  • Tibb müəssisələri ilə sığorta müqaviləsi bağlanılan zaman sığortalının ərazisinə yaxın olan tibb müəssisələrinə üstünlük verilməsi; 
  • Şirkətin öz həkim-ekspert xidməti mövcuddur, onlar sığorta olunanlara göstərilən xidmətlərin tibbi ekspertizasını həyata keçirir, mütəxəssislərin ixtisas səviyyəsini və göstərilən xidmətlərin keyfiyyətini müəyyən edirlər;
  • Gecə-gündüz fəaliyyət göstərən Tibbi Dəstək Mərkəzi: şirkətin həkim-koordinatorları ixtisaslı tibb işçiləridir, onlar təcili tibbi yardımın ünvana çağırılmasını, sığorta olunanın təcili və ya planlı şəkildə xəstəxanaya yerləşdirilməsini, müalicə müəssisəsinin seçilməsi və təcili yardım gələnə kimi ilkin tibbi yardımın göstərilməsi üzrə ixtisaslı məsləhətlərin verilməsini təşkil edirlər;
  • Sığorta haqqının ödənişi birdəfəlik və ya hissəvi həyata keçirilir;
  • Müştərilərə xüsusi endirim və güzəştlər tətbiq edilir;
  • Əməkdaşların ailə üzvlərinin də sığorta proqramına qoşulma imkanı;
  • Əməkdaşların ailə üzvlərinin bizimlə əməkdaşlıq edən tibb müəssisələrində xidmətləri güzəştli şərtlərlə əldə etmə imkanı.

Sığorta məhsulunu əldə etmək üçün "Azərsığorta"nın xidmət şəbəkələrinə yaxınlaşa və ya *1200 nömrəsinə zəng edərək müraciət edə bilərsiz. "Azərsığorta"nın peşəkar mütəxəssisləri Sizə uyğun olan büdcəni nəzərə almaqla və ya biznesinizin özünəməxsus xüsusiyyətlərini nəzərdə tutan məxsusi yanaşma ilə fərdi sığorta proqramı ilə yüksək səviyyədə xidmətinizdə duracaqdır.
 

Tibbi sığorta

Sağlamlıq və sağlam gələcək üçün sığortalanın.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin