Yaşıl Kart – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və avtonəqliyyat vasitələri sığortaçılarının milli bürolarının beynəlxalq assosiasiyası, eyni zamanda Yaşıl Kart Sisteminin idarəedici təşkilatı olan Bürolar Şurası (bundan sonra - Bürolar Şurası) tərəfindən qəbul edilmiş formada bağlanan, Bürolar Şurasının üzvü olan istənilən ölkədə aid olduğu avtonəqliyyat vasitəsinin istifadəsi ilə bağlı mülki məsuliyyətin icbari sığortasının mövcudluğunu təsdiq edən beynəlxalq sığorta müqaviləsidir.

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkə ərazisində müvəqqəti istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisini tərk etməzdən əvvəl beynəlxalq sığorta müqaviləsini bağlayaraq Azərbaycan Yaşıl Kartını əldə etməlidir.

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan Yaşıl Kartını yalnız Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla bağlayır.

Azərbaycan Yaşıl Kartı yalnız onda göstərilənlərin siyahısından istisna edilməyən ölkələrin ərazilərində qüvvədə hesab edilir.

Xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin sahiblərindən Azərbaycan Respublikasının ərazisinə daxil olarkən sərhəd sığorta müqaviləsini bağlamaq tələb olunmur.

Nəqliyyat sığortası

Arzuolunmaz hadisələrdə ilk dəstəyin sığortadır.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin