DƏİS  

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri və azadolma məbləğləri

Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı qaydada müəyyən olunur:

  1. Tikililər və binalar üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri – bərpa dəyəri məbləğində. Bərpa dəyəri müəyyən edilərkən materialların köhnəlmə əmsalı və sığorta predmeti olan əmlakın texniki vəziyyəti nəzərə alınır;
  2. Qeyri-yaşayış sahələri üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində.

Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə azadolma məbləği müvafiq icbari sığorta müqaviləsində razılaşdırılır.

Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir:

Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə;

Sığorta haqqı

50 AZN

Təminat məbləği

25.000 AZN

Şərtsiz Azadolma məbləği

250 AZN

 

Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə;

Sığorta haqqı

40 AZN

Təminat məbləği

20.000 AZN

Şərtsiz Azadolma məbləği

200 AZN

 

digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə;

Sığorta haqqı

30 AZN

Təminat məbləği

15.000 AZN

Şərtsiz Azadolma məbləği

150 AZN

Yuxarıda qeyd edilən sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydası, yaşayış evlərinə və mənzillərə münasibətdə sığorta məbləğinin 0,2 %-dən artıq olmamaq şərtilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

 

 

DƏİMMS

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta məbləğləri

Sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəyən zərər üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:

  • fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;
  • əmlaka dəyən zərər üzrə 50.000 manat.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqları

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarının məbləği müvafiq əmlakın təyinatından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

 

Əmlak sığortası

Əmlakınızı kənar təhlükələrin yaratdığı zərərlərdən qoruyun.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin