Yanğın və digər risklərlə əlaqədar gəlir itkisi sığortası

"Azərsığorta" Korporativ müştərilərə könüllü qaydada "Kredit Riskləri Sığortası " -nı təklif edir. "Yanğın və Digər Risklərlə Əlaqədar Gəlir İtkisi Sığortası" şəhadətnaməsi ilə Siz hansısa bir kommersiya fəaliyyəti həyata keçirilən zaman istifadə edilən daşınan və daşınmaz əmlaklara, əmlakın yanğın və digər risklərdən sığortası ilə təminat verilən risklərlə əlaqədar dəyən zərər və itkilər nəticəsində kommersiya fəaliyyətinin qismən və ya tamamilə dayandırılması və yaxud istehsalın zəifləməsinə görə meydana gələn gəlir itkilərinə, sığortaçı tərəfindən sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği həddində təminat verilir. Sığortaçının gəlir itkisi sığortası üzrə ödəniş verməsi üçün, sığortalının kommersiya fəaliyyətini həyata keçirərkən istifadə etdiyi bina, avadanlıq, dəzgah, qurğu və əmtəələrin, qüvvədə olan əmlakın yanğın və digər risklərdən sığortası müqaviləsi ilə təminat verilən hadisənin baş verməsi nəticəsində zərərə düşməsi və meydana gələn zərərin sığortaçı tərəfindən ödənilməsi və ya ödəniş cavabdehliyinin qəbul edilməsi kimi tənzimlənilir. Sığorta qaydaları tətbiq edildiyi zaman «kommersiya fəaliyyəti» dedikdə, qazanc əldə etmək üçün həyata keçirilən bütün növ fəaliyyətlər; «gəlir itkisi» dedikdə isə, kommersiya fəaliyyətinin dayanması və ya istehsalın zəifləməsi nəticəsində, sığorta təminat müddətində ümumi mədaxildə baş verən azalmanın və bu azalmanın aradan qaldırılması üçün çəkilən xərclərin səbəb olduğu xalis gəlir itkisi nəzərdə tutulur. Sığorta qaydalarının istisna maddələrində qeyd olunanlardan başqa hər hansı səbəb üzündən bütün təsadüfi ziyanlar və ya zərərlər bu sığorta növü ilə əhatə olunur.

Sığorta məhsulunu əldə etmək üçün "Azərsığorta" -nın xidmət şəbəkələrinə yaxınlaşa və ya *1200 nömrəsinə zəng edərək müraciət edə bilərsiz. "Azərsığorta"-nın peşəkar mütəxəssisləri Sizə uyğun olan büdcəni  nəzərə almaqla və ya biznesinizin özünəməxsus xüsusiyyətlərini nəzərdə tutan məxsusi yanaşma ilə fərdi sığorta proqramı ilə yüksək səviyyədə xidmətinizdə duracaqdır.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin