Auditorun peşə məsuliyyətinin icbari sığortası

SIĞORTA NÖVÜ HAQQINDA

"Azərsığorta" Fiziki sahibkar və Korporativ müştərilərə icbari qaydada "Auditorların peşə məsuliyyətinin icbari sığortası"nı təklif edir. Auidotorlar tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlamamasına görə fiziki şəxslər 30.00 AZN, vəzifəli şəxslər 80.00 AZN və hüquqi şəxslər 200.00 AZN məbləğində cərimə edilir.

Auditorların peşə məsuliyyəti aşağıdakı hallarla əlaqədar sığorta olunur:

1) auditor xidməti sahəsində qəbul edilmiş normativ hüquqi aktların, standartların, qaydaların tələblərin pozulması;

2) maliyyə və vergi hesabatlarında təhrif olunmuş məlumatların və səhvlərin aşkar edilməməsi;

3) aşkar edilən səhv və təhriflərin aradan qaldırılması üçün düzgün tövsiyələrin verilməməsi;

4) işlərin kefiyyətsiz görülməsi və (və ya) yerinə yetirilməsi müddətində riayət edilməməsi;

5) məxfilik prinsipinin pozulması;

5 haldan hər hansı biri baş verdiyi təqdirdə, zərərə məruz qalmış və auditor xidməti göstərilməsi barədə müqaviləsi olan fərdi sahibkar və ya hüquqi şəxs sığorta ödənişi almaq hüququ əldə edir.

5 hal auditorla bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifələrin auditor tərəfindən deyil, müqavilə tərəfi olan fiziki və ya hüquqi şəxs tərəfindən yerinə yetirilməməsi nəticəsində baş verərsə, və müvafiq dövlət orqanlarından və digər əlaqəli tərəflərdən alınmış məlumatlar auditorun səhv rəy verməsinə səbəb olarsa, bu halda auditorun peşə məsuliyyəti yaranmır və sığorta ödənişi verilmir.

Sığorta məhsulunu əldə etmək üçün "Azərsığorta"nın xidmət şəbəkələrinə yaxınlaşa və ya *1200 nömrəsinə zəng edərək müraciət edə bilərsiz.

SIĞORTA HAQQI VƏ SIĞORTA MƏBLƏĞİ

Auditorların peşə məsuliyyəti üzrə sığorta məbləği aşağıda göstərilən miqdardan az olmamalıdır:

  • auditor fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün - 1000 manat
  • auditor fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün - 3000 manat

Sığorta haqqının miqdarı sığorta məbləği nəzərə alınmaqla, sığorta məbləğinin 5%-dən artıq olmamaq şərti ilə müəyyən edilir və birdəfəlik qaydada tam məbləğdə ödənilir.

Sığorta müqaviləsi müddətində heç bir hadisə baş verməsə və sığorta şirkəti tərəfindən heç bir sığorta ödənişi edilməzsə auditorun ödədiyi sığorta haqqının 10 %-i ona geri qaytarılır.

 

 

 

 

 

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin