Kredit riskləri sığortası

Sığortalının müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar kredit verilmiş şəxsin krediti qaytarmaması nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutan sığorta növüdür.
 

Sığorta riskləri aşağıdakılardır:

  • Borcalanın baş vermiş bədbəxt hadisə nəticəsində ölümü səbəbindən kreditin qaytarılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
  • Əmək qabiliyyətinin daimi qismən və ya daimi tam itirməsi səbəbindən kreditin qaytarılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
  • Baş vermiş xəstəlik nəticəsində borcalanın ölümü səbəbindən kreditin qaytarılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
  • Baş vermiş xəstəlik nəticəsində borcalanın əmək qabiliyyətinin daimi qismən və ya daimi tam itirməsi səbəbindən kreditin qaytarılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
  • Əmək müqaviləsinin borcalanın tərəfindən ləğv edilməsi;
  • İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi;
  • İşəgöturən fərdi sahibkarin fəaliyyətini dayandırılması.

Sığorta məhsulunu əldə etmək üçün "Azərsığorta"nın xidmət şəbəkələrinə yaxınlaşa və ya *1200 nömrəsinə zəng edərək müraciət edə bilərsiz.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin