Bank Risklərinin Sığortası

SIĞORTA NÖVÜ HAQQINDA

“Azərsığorta” ASC bu sığorta növü ilə bank əmlakının, eləcə də əmlakın itirilməsi ilə əlaqədar risklərin (müştərilər tərəfindən banka verilən pul vəsaitlərinin və bankın digər əmlakı) sığortasını həyata keçirilir.

Bank risklərinin sığortası növü üzrə Sığortalı qismində aşağıdakılar çıxış edə bilərlər:

Təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada alınmış lisenziya əsasında fıziki və hüquqi şəxslərə maliyyə xidmətləri göstərməkdə ixtisaslaşan aşağıdakı hüquqi şəxslər:

  • Bank və digər kredit təşkilatları;
  • İnvestisiya şirkətləri;
  • Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət göstərən təşkilatlar;
  • Qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər hüquqi şəxslər.
  • Qanunvericiliklə müəyyən olunmuş qaydada fəaliyyət göstərən banklarda depozit hesablarında pul vəsaitləri, əmanətləri, qanunvericiliklə müəyyən olunmuş qaydada saxlanılmasına yol verilən digər əmlakı (qiymətli kağızlar, qiymətli əşyalar və s.) olan, təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən hüquqi və fiziki şəxslər.

SIĞORTA RİSKLƏRİ AŞAĞIDAKILARDIR

  • Sığortalıya məxsus binalarda (otaqlarda, ofislərdə və s.), eləcə də daşıma zamanı yolda olan əmlakının (o cümlədən ofisinin) oğurluq, soyğunçuluq, sındırma ilə oğurluq, yandırma və digər səbəblərlə əlaqədar itkisi və ya zədələnməsi;
  • Sığortalının aşağıdakı hallarla əlaqədar düşdüyü zərərlər:
  • saxta valyuta, həmçinin çek, veksel, depozit sertifikatları və digər qiymətli kağız və sənədlər;
  • Qiymətli kağız və sənədlərdə, o cümlədən ödəniş sənədlərində (çek, veksel) edilmiş saxtakarlığın nəticələri;
  • Sığortalının işçilərinin dələduzluğu, qeyri-düzgün hərəkətləri (yalanı), fəaliyyətsizliyinin nəticələri.

Sığorta məhsulunu əldə etmək üçün "Azərsığorta"nın xidmət şəbəkələrinə yaxınlaşa və ya *1200 nömrəsinə zəng edərək müraciət edə bilərsiz.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin