Auditorun mülki məsuliyyətinin icbari sığortası (Fiziki sahibkar/Korporativ)

Sığorta haqqında:

"Azərsığorta" Fiziki sahibkar və Korporativ müştərilərə icbari qaydada "Auditorların mülki məsuliyyətinin icbari sığortası" -nı təklif edir. Auidotorlar tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlamamasına görə - fiziki şəxslər 30.00 AZN  vəzifəli şəxslər  80.00 AZN və Hüquqi şəxslər  200.00 AZN məbləğində cərimə edilir

Auditorların peşə məsuliyyəti aşağıdakı hallarla əlaqədar sığorta olunur
1) auditor xidməti sahəsində qəbul edilmiş normativ hüquqi aktların, standartların, qaydaların tələblərin pozulması;
2) mühasibat (maliyyə) və vergi hesabatlarında təhrif olunmuş məlumatların və səhvlərin aşkar edilməməsi;
3) aşkar edilən səhv və təhriflərin aradan qaldırılması üçün düzgün tövsiyələrin verilməməsi;
4) işlərin kefiyyətsiz görülməsi və (və ya) yerinə yetrilməsi müddətində riayət edilməməsi;
5) məxfilik prinsipinin pozulması;
5 haldan hər hansı biri baş verdiyi təqdirdə, zərərə məruz qalmış və auditor xidməti göstərilməsi barədə müqaviləsi olan fiziki sahibkar və ya hüquqi şəxs sığorta ödənişi almaq hüququ əldə edir.
5 hal auditorla bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifələrin auditor tərəfindən deyil, müqavilə tərəfi olan fiziki və ya hüquqi şəxs tərəfindən yerinə yetirilməməsi nəticəsində baş verərsə, və müvafiq dövlət orqanlarından və digər əlaqəli tərəflərdən alınmış məlumatlar auditorun səhv rəy verməsinə səbəb olarsa, bu halda auditorun peşə məsuliyyəti yaranmır və sığorta ödənişi verilmir. 

Sığorta məhsulunu əldə etmək üçün "Azərsığorta" -nın xidmət şəbəkələrinə yaxınlaşa və ya *1200 nömrəsinə zəng edərək müraciət edə bilərsiz. 

Qiymət siyasəti:

Fiziki şəxs auditorların peşə məsuliyyəti üzrə sığorta məbləği AZN 1,000.00; Hüquqi şəxs AZN 3,000.00 dən az olmaması şərti ilə sığorta şirkətinin öhdəliyini nəzərdə tutan sığorta məbləğinə əsasən müəyyən edilir.

Sığorta müqaviləsi müddətində heç bir hadisə baş verməsə və sığorta şirkəti tərəfindən heç bir sığorta ödənişi edilməzsə auditorun ödədiyi sığorta haqqının 10%-i ona geri qaytarılır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin