Neft və Qaz Yataqlarında Kəşfiyyat və Hasilat İşlərinin Aparılması Sığortası

"Azərsığorta" Korporativ müştərilərə könüllü qaydada "Neft və Qaz Yataqlarında Kəşfiyyat və Hasilat İşlərinin Aparılması Sığortası"nı təklif edir. "Neft və Qaz Yataqlarında Kəşfiyyat və Hasilat İşlərinin Aparılması Sığortası" şəhadətnaməsi ilə Siz neft/qaz quyularında tamamlanma və istehsalata hazırlıq işlərinin aparılması layihəsi üzrə sığorta proqramı çərçivəsində quyu ağzının yığılması, quyunun sınağı üçün müvafiq avadanlıq və modulların yığılması, sifarişçi ilə razılaşdırılmış intervalların perforasiyası, nasos-kompressor borularının, quyuiçi alət və avadanlıqların təminatı, fontan armaturunun yığılması, əlavə xətlərin çəkilməsi və quyunun ümumi xətlərə qoşulması, qazma məhlulunun su ilə əvəz olunması və aerizasiya yolu ilə filtr zonasına depressiya verilməsi üçün sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən Sığorta hadisələrindən sığortalanmasına dair təminat əldə edəcəksiz.

Bu sığorta növünün xüsusi strateji əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, həm onşor (quruda), həm də ofşor (dənizdə) neft və qaz quyularında qazma işlərinin aparılması üzrə proqramın sığortası, o cümlədən, kompleks sığorta proqramına daxil olan quyu qazması, istismarı, quyunun cari və əsaslı təmiri və s. üzrə sığorta təminatları da daxil olunur.

Sığorta qaydalarının istisna maddələrində qeyd olunanlardan başqa hər hansı səbəb üzündən bütün təsadüfi ziyanlar və ya zərərlər bu sığorta növü ilə əhatə olunur.

Sığorta məhsulunu əldə etmək üçün "Azərsığorta"nın xidmət şəbəkələrinə yaxınlaşa və ya *1200 nömrəsinə zəng edərək müraciət edə bilərsiz. 

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin