Dəzgah Sınması Sığortası

“Dəzgah sınması sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əlavə olunan və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən dəzgah və qurğulara sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlandığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən və gözlənilməz səbəblər nəticəsində dəyən maddi ziyan və zərərlərə, həmçinin avadanlığın sıradan çıxmasına təminat verilir:

  • İş qəzaları
  • Modelin, istehsalın, montajın, materialın, qəlibin, qəlibə tökmənin qüsurlu olması və ya lazımı səviyyədə icra edilməməsi
  • Düzgün yağlanmaması
  • Elektrik enerjisinin birbaşa təsiri nəticəsində meydana gələn qısa qapanma, yanıb-sönmə, cərəyan yükünün artması, qeyri-düzgün izolyasiyası və ildırım kimi atmosfer elektrik yüklənməsinin dolayı təsirləri
  • Tıxanma, kənar maddə düşməsi
  • Mərkəzdənqaçma qüvvənin təsiri nəticəsində olan parçalanmalar
  • Buxar qazanlarında və buxar çənlərində su çatışmazlığı
  • Suyun səviyyəsinin dəyişməsi, gözlənilmədən həddindən artıq qazma və ya soyuma
  • Təzyiqin aşağı düşməsi nəticəsində qapalı qablarda əmələ gələn əzilmə, deşilmə, qırışma və s. deformasiyalar
  • Fırtına və qasırğa, donma və ya əriyən buz parçalarının sürüşməsi
  • İşçi heyəti və ya üçüncü şəxslərin kobud səhvi, qüsuru, xətası, diqqətsizliyi və ya sabotajları
  • İstisna edilməyən digər hallar

Sığorta məhsulunu əldə etmək üçün "Azərsığorta"nın xidmət şəbəkələrinə yaxınlaşa və ya *1200 nömrəsinə zəng edərək müraciət edə bilərsiz.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin