HR Mütəxəssis

Namizədə tələblər:

  • Ali təhsilli (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s.) olması;
  • Azərbaycan, rus dillərində səlis, yüksək yazılı və şifahi ünsiyyət qurma qabiliyyəti, ingilis dili biliyinə üstünlük verilir;
  • Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və müvafiq sahədə iş təcrübəsi;
  •  MS Word, MS Excel, MS PowerPoint və s. proqramlarında sərbəst işləmək qabiliyyəti;
  • Yüksək idarəetmə və ünsiyyət qurma qabiliyyəti;
  • Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti;
  • İnnovativlik və yaradıcılıq bacarığı;
  • Vaxtın səmərəli idarə olunması bacarığı;
  • İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər;
  • Komanda ilə işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin İnsan resursları şöbəsinin İR strategiyasının hazırlanması və ona uyğun idarə edilməsi;
  • İnsan resurslarının planlaşdırılması və idarəedilməsi;
  • Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunması;
  • İşçi axınının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
  • Müntəzəm olaraq şirkətin bütün struktur bölmələrində iş analizlərinin aparılmasının təmin edilməsi;
  • Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması; 
  • Müntəzəm olaraq əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi; 
  • İnsan resursları şöbəsinin keçirdiyi sorğulara və fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması;
  • Ehtiyaclara əsasən təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
  • Mükafatlandırma və motivasiya, qiymətləndirmə layihələrinin hazırlanması, sisteminin qurulması və tətbiq olunması;
  • İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;
  • Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirməsi.

İş şərtləri:

  • Əmək haqqı ştat cədvəlinə uyğun;
  • Əmək müqaviləsi ilə rəsmiləşdirilmə;
  • İş qrafiki: 09:00 – 18:00.

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Müraciət et

Müraciətiniz üçün təşəkkür edirik.

Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır

Ödəniş üsulunu seçin