1977-ci ildə Abşeron rayonunda anadan olub.
1995-ci ildə Türkiyənin “Bursa Ticarət Liseyi”ni mühasib ixtisası, 1999-cu ildə isə “İstanbul Universiteti”nin beynəlxalq iqtisadi əlaqələr fakültəsini beynəlxalq əlaqələr ixtisası üzrə bitirib.
2003-cü ildə ABŞ-ın Nyu-York şəhərində yerləşən “Spanish - American Institute”də mühasib təhsili alıb. Əmək fəaliyyətinə 1994-cü ildə Türkiyənin Bursa şəhərində yerləşən “Bursa Sosial Sığortalar Qurumu”nda təcrübəçi-mühasib olaraq başlayıb.
1998-2001-ci illərdə İstanbulda “Ferpaş Import & Export LTD”də Maliyyə direktoru, 2001–2007-ci illərdə ABŞ-da müxtəlif şirkətlərdə menecer vəzifəsində çalışıb.
2007-2013-cü illərdə “Kapital Bank” ASC-də Bankdaxili nəzarət şöbəsinin rəisi, struktur bölmələrlə iş departamentinin direktor müavini, 2013-2016-cı illərdə “RE/MAX Global” şirkətinin Azərbaycan üzrə regional direktoru, 2016-2019-cu illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də Filial müdiri, Daxili nəzarət şöbəsinin müdiri, 2019-2020-ci illərdə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Daxili audit xidmətinin rəhbəri, 2020-ci ildə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin Baş direktorunun İqtisadi məsələlər üzrə müavini vəzifəsinin müvəqqəti icraçısı olub.
14 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyəti Sədrinin Müşaviri vəzifəsinə təyin edilib