"Azərsığorta" Fiziki sahibkar və Korporativ müştərilərə "Avtodaşıyıcılar və Ekspeditorların Mülki Məsuliyyətinin İcbari Sığortası " -nı təklif edir. "Avtodaşıyıcılar və Ekspeditorların Mülki Məsuliyyətinin İcbari Sığortası" şəhadətnaməsi ilə yükün Sığortalı tərəfindən qəbul olunması anından və alan şəxsə təhvil edilməsi anına qədər hər hansı təsadüfi və gözlənilməyən hadisənin baş verməsi nəticəsində itirilməsi, məhv olması və ya zədələnməsinə görə Sığortalının həmin zərərin əvəzinin ödənilməsi üzrə səlahiyyətli şəxs qarşısında məsuliyyətinə dair sığorta şəhadətnaməsində göstərilən müddət ərzində dəyə biləcək ziyan və zərərlərə görə sığorta şəhadətnaməsinin şərtləri daxilində müvafiq təminat əldə edəcəksiz. Bununla yanaşı sığortalının səlahiyyətli şəxs qarşısında yükün səlahiyyəti olmayan şəxsə təhvil verilməsi nəticəsində yükün itirilməsi, məhv olması və ya zədələnməsinə görə zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyətinə dair sığorta təminatı da verilir. Sığorta qaydalarının istisna maddələrində qeyd olunanlardan başqa hər hansı səbəb üzündən bütün təsadüfi ziyanlar və ya zərərlər bu sığorta növü ilə əhatə olunur.
Sığorta məhsulunu əldə etmək üçün "Azərsığorta" -nın xidmət şəbəkələrinə yaxınlaşa və ya *1200 nömrəsinə zəng edərək müraciət edə bilərsiz. "Azərsığorta"-nın peşəkar mütəxəssisləri Sizə uyğun olan büdcəni nəzərə almaqla və ya biznesinizin özünəməxsus xüsusiyyətlərini nəzərdə tutan məxsusi yanaşma ilə fərdi sığorta proqramı ilə yüksək səviyyədə xidmətinizdə duracaqdır.
Sizinlə ən qısa zamanda əlaqə yaradılacaqdır