Sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsi yaşı 22-dən və ya sürücülük təcrübəsi 2 ildən az olan səlahiyyətli şəxs (şəxslər) tərəfindən idarə olunarsa, təyin edilmiş şərtsiz azadolma məbləğinin ikiqatı (minimum 250 AZN) tətbiq edilir.
Yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli şəxs üçüncü şəxs olarsa, bu halda şəhadətnamə üzrə təyin olunmuş azadolma məbləği tətbiq edilmir. Bu şərt yol-nəqliyyat hadisəsi nəticəsində zərərvuran şəxs naməlum olduğu sığorta hadisələrinə şamil edilmir.