qaynar xətt
+99450 234 99 72
+99450 234 99 70
Şəxsi kabinet

AZ

RU EN
X

Zəng sifariş et

Adınız:
Telefon:

Lahiyələr

Beynəlxalq layihələrdə iştirak

20-ci əsrin əvvəllərində Azərbaycan Rusiyanın sənaye istehsalı sahəsində mühüm yer tuturdu və sənaye müəsissələrinin 5-% Bakı şəhərində yerləşirdi. Hal-hazırda sənaye müəsissələri respublikanın bütün ərazisində yerləşir və onların yarısı da Bakı, Sumqayıt, Gəncə və Şirvan şəhərlərinin payına düşür.

Respublikamızın əsas sənayesini neft-kimya sənayesi təşkil edir ki, o da qədim tarixə malikdir.

Hələ 1891-ci ildə dünyada çıxarılan neftin yarısı Azərbaycanın payına düşür. 1901-ci ildə Azərbaycanda 11 milyon ton neft çıxarılmışdır ki, bu da Rusiya İmperiyasında çıxarılan neftin 75 %-ni və dünya neftinin 50 %-ni təşkil edirdi.

Hal-hazırda neft bizim respublikanın strateji ehtiyatlarından ən əsası hesab edilir.

Elmi araşdırmalara görə Respublikamız milyard tondan çox neft və 800 milyon m 3 ton qaz ehtiyatlarına malikdir. Son 150 ildə 1.325 milyon ton neft çıxarılmışdır ki, onun da 400 milyon tonu 1949 –cu ildən sonra dənizdən çıxarılmışdır.

Azərbaycan yenidən öz müstəqilliyini qazandıqdan (əldə etdikdən) sonra yeni sənaye, mailyyə və iqtisadi texnologiyalara malik olan qərb ölkələrində ona maraqlar artmağa başladı. Əsrin Kontraktı adlanan yeni layihə yaradıldı və özündə Azərbaycanda mövcud olan bütün sənaye müəsisələrini bu layihə əsasında öz infrastrukturlarında birləşdirir.

1994-cü ilin 20 sentyabrında “Əsrin Kontraktı” - neft kontraktı ilk dəfə 30 il müddətinə, dünyanın böyük şərkətləri olan BP, AMOKO, PENZOİL, İTOCHİ, STATEOİL, ELF və LUKOİL şirkətlərinin iştirakı ilə müqavilə imzalandı. Kontrakt Azərbaycanın Xəzər dənizi sektorunda neft yataqlarının kəşfi, neftin çıxarılması və dünya bazarına çatdırılması, həmçinin Bakı və Sumqayıt səhərlərində yerləşən neft-kimya, nəqliyyat və digər sahələrin infrastrukturun və xidmətlərinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

Hal-hazırda dünyanın 14 ölkəsinin 35 neft şirkətinin iştirakı ilə 20-dın çox neft müqavilələri imzalanmışdır.

Bu kontraktlar əsasında Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-İstanbul-Qars qaz kəmərləri çəkilib istifadəyə verilmişdir.

“Azərsığorta” Dövlət Sığorta Şırkəti Əsrin Kontraktının sığorta xidmətləri üzrə operatoru sayılır və bu kontrakta görə neftin çıxarılması və çatdırılmasında sığorta risklərinin paylaşdırılması və qəbulunda aktiv iştirak edir.

1998-ci ildə Azərbaycandan keçməklə Avropa və Asiya arasında körpü rolunu yerinə yetirən, TRASECA proqramı çərçivəsində Bakıda Avropa və Asiyanı birləşdirən qədim Böyük İpək Yolunun bərpası məqsədi ilə növbəti konfrans keçrilmişdir.

İl ərzində Azərbaycandan avtomobil və dəmir yolu ilə böyük miqdarda yük tranzit olaraq daşınır. “Azərsiğorta” Sığorta Şirkəti 2001 ci ildən daşınan tranzit yüklərin sığortasını həyata keçirməkdədir. Bunlardan başqa Böyük İpək Yolunun bərpası ilə əlaqədar olaraq yeni investisiyaların daxil olması, yeni avtomobil və dəmiryollarının tikintisinə imkanlar yaratdı. Bütün bunlar böyük maliyyə və etibarlı sıgorta ilə mühafizə olunmasını tələb edir ki, buna da “Azərsigorta” Sığorta Şirkəti təminat verir.