qaynar xətt *1200
+99412 3102270
Şəxsi kabinet

AZ

RU EN

COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən Karantin rejimi dövrü ərzində sığorta hadisələrinin tənzimlənməsi

Hörmətli sığortalılar, faydalanan şəxslər və zərərçəkənlər!

  Məlumat üçün Sizə bildiririk ki, baş vermiş sığorta hadisələri ilə bağlı zərərlərin tənzimlənməsi üzrə xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə karantin müddəti ərzində də xidmətlərimizi  həyata keçiririk. Karantin rejimiilə bağlı  tətbiq edilən hərəkət məhdudiyyətlərini nəzərə alaraq bu müddətdə zərərlərin tənzimlənməsi ilə bağlı aşağıdakı məlumatı diqqətinizə çatdırır və sığorta şirkətinə gəlmədən aşağıda qeyd edilənləri nəzərə almağınızı xahiş edirik:

1. Sığorta hadisələri baş verdikdə:

1.1. Yol-nəqliyyatı hadisəsi baş verdikdə Şirkətin qaynar xətti olan  050 2349970, 050 2349972, (+994 12)5612411, 5612817 və 5612617 saylı telefon nömrələrinə zəng vasitəsilə məlumat verilməlidir.

1.2.  Əmlak sığortaları üzrə  hadisələr baş verdikdə Şirkətin (+99412)5616841 və  Mob.050 6319505 saylı telefon nömrələrinə zəng vasitəsilə məlumat verilməlidir.

1.3.  Şəxsi(fərdi) sığorta üzrə  hadisələr baş verdikdə Şirkətin (+99412) 5617613  və Mob. 050 331 26 22 saylı telefon nömrələrinə zəng vasitəsilə məlumat verilməlidir.
1.4. İcbarı Şəxsi sığorta (Hərbi qulluqçular, Məhkəmə və Hüquq Mühafizə orqanları və s.) üzrə  hadisələr baş verdikdə Şirkətin (+99412)5612633 və Mob. 0503309737 saylı telefon nömrələrinə zəng vasitəsilə məlumat verilməlidir.

1.5. İnformasiya və Kompüterləşdirmə Sığorta müqavilələrin əldə edilməsi və NV DQN dəyişdirilməsi üzrə   (+99412) 5612887,  Mob  0775414528,  0503568080, 0502349975 saylı telefon nömrələrinə zəng vasitəsilə məlumatı əldə edə bilərsiniz..

2. Bundan sonra hadisə qeydiyyata alınır, müvafiq departamentlərin əməkdaşları dərhal sizinlə əlaqə saxlayır, müvafiq suallarınızı cavablandırır və etməli olduğunuz hərəkətlər üzrə təlimatlandırırlar.

3. Hadisə baş verdikdə tərəfinizdən hadisə yerinin, sığortalanmış və zərərçəkmiş əmlakın hadisədən dərhal sonra foto və video çəkilişləri aparılmaqla sizinlə əlaqə saxlanılan zaman bildirilən telefon nömrələrinə, whatsapp vasitəsi ilə, həmçinin [email protected] və ya sizinlə əlaqə zamanı bildiriləcək e-mail(elektron ünvan) ünvanına göndərilə bilər.

4. Sığorta hadisə ilə bağlı olaraq, sizə və əmlaka aid sənədlərin surətləri (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi, etibarnamə, icarə müqaviləsi və s), bank hesabınız barədə məlumat, həmçinin hadisənin təsdiqi ilə bağlı sizdə mövcud olan digər sənədlərin surətləri də yuxarıda qeyd edilən qaydada göndərilə bilər.

5. Sığorta hadisəsi ilə bağlı məlumat verildiyi andan hadisənin təsdiqi ilə əlaqədar səlahiyyətli dövlət orqanlarına Şirkətimiz tərəfindən müvafiq qaydada sorğular göndərilir.

6. Zərərlərin qiymətləndirilməsi sizinlə qarşılıqlı əlaqə halında (telefon, e-mail, whatsapp, Online Çat, Video zəng və s.) təqdim edilən foto və videolar üzərindən həyata keçirilir və dəymiş zərər məbləği barədə razılaşma da siz yaşayış yerini tərk-etmədən, sığorta şirkətinə gəlmənizə ehtiyac qalmadan e-mail, SMS, whatsapp və ya Online Çat təsdiqi vasitəsilə həyata keçirilir.

7. Bütün sənədlər tamamlandıqdan (zərər məbləği bildirilən qaydada razılaşdırıldıqdan, hadisə üzrə təsdiq edici sənədlər, bank hesabınız barədə məlumatlar və səxsiyyət vəsiqənizin surəti yuxarıda qeyd edilən qaydada Şirkətimizə təqdim edildikdən) dərhal sonra ödəniş prosedurunun tətbiqinə başlanılaraq ən qısa zamanda sığorta ödənişiniz bank hesabınıza ödəniləcəkdir.

   Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üzrə Ölkə Rəhbərliyi tərəfindən həyata keçrilən tədbirlərə əsasən evdə qalmağınızı, sosial məsafəni qorumağınızı tövsiyyə etdirik, bununla yanaşı, diqqətinizə çatdırırıq ki, sığorta hadisəsi nəticəsində Sizə dəymiş zərər qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənməklə sığorta ödənişiniz sığorta şirkətinə gəlmədən vaxtında və keyfiyyətlə həyata keçiriləcəkdir.

© 2021. Dövlət Sığorta Şirkəti