qaynar xətt *1200
+99412 3102270
Şəxsi kabinet

AZ

RU EN

Sığorta agentlərinin 3-cü milli forumu keçirilmişdir

7.4.2015

Aprelin 6-da Bakıda Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Sığorta Agentlərinin III Milli forumu keçirilib.
Forumda sığorta bazarında agentlərin rolu, onların satış kanalları, vasitəçilərin peşakarlığının artırılması və digər sahələr ətrafında müzakirələr aparılıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov sığorta bazarında yaranan problemlər barədə məlumat verərək qeyd edib ki, bu gün sığorta agentlərinin birliyi üçün komitələr yaradılımalıdır. Sığorta Təlim Mərkəzinin yaradılması proqramı və sığorta agentlərinin davranış məcəllələri üzərində işlər aparılır.
Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, Azərbaycanda sığorta sahəsində nöqsanlarla yanaşı yüksək nailiyyətlər də var. İcbari Sığorta Qanunu qüvvəyə mindikdən sonra bu sahədə problemlərin müəyyən hissəsi həll olunub. Gələcəkdə avtonəqliyyat sahiblərinin icbari sığortasına elektron şəhadətnamələri əlavə ediləcək. Vətəndaşlar bu elektron şəhadətnamələri internet vasitəsilə alacaqlar.
Sonra forum işini panellərdə davam etdirib.
Dövlət Sığorta Nəzarəti Xidmətinin lisenziyalaşdırma, ərizə və şikayətlərə baxılması şöbəsinin müdiri Mahir Abdullayev “Sığorta agenti fəaliyyəti və dövlət nəzarəti. Qanunvericilikdə yeniliklər”, Dövlət Sığorta Nəzarəti xidmətinin rəis müavini Müşfiq İsrafilov “Sığorta agentlərinin fəaliyyətləri ilə mövcud d problemlər” mövzusunda çıxış ediblər.

http://azertag.az/xeber/843826

© 2021. Dövlət Sığorta Şirkəti