Şirkətin filialları ilə 5-ci dəfə telekonfrans keçrilmişdir
17.6.2020
17.06.2020-ci tarixdə Şirkətin 30 Filialı ilə telekonfrans vasitəsi ilə iclas keçrilmişdir. Telekonfransı apardılar: Sədrin müavini M.Fərəcov, M.Qənbərov, R.Abdullayev, V. Babakişiyev Ə.Şərifova, E.Allahvedriyev və digər əməkdaşlar.Telekonfrans zamanı qarşıda duran vəzifələr, sığorta haqlarının toplanması, COVİD-19 pandemiyası ilə əlaqədar görülmüş tədbirlər, Mərkəzi Bankın göstərişləri və tövsiyyələri barəsində geniş məlumatlar verilmişdir. Eyni zamanda icbari və könüllü sığorta növləri üzrə problemlər, yeni pandemiya şəraitinə uyğun olaraq sığorta müqavilələrinin hazırlanması və bağlanması şərtləri geniş müzakirə edilmişdir. Filiallara maliyyə hesabatlarının və sığorta müqavilələrinin rəsmiləşdirilməsi prosesslərinin elektron formada həyata keçirilməsi tapşırılmış və yeni sığorta məhsulları barədə məlumat verilmişdir.