Marketinq, ictimai əlaqələr və PR şöbəsi
16.6.2020
Dövlət Sığorta Kommersiya Şirkəti – “Azərsığorta” Marketinq, ictimai əlaqələr və PR şöbəsi
Press-Reliz
Dövlət Sığorta Kommersiya Şirkəti idarəetmə strukturunu korporativ qaydalara -UYĞUNLAŞDIRIR
Bakı.12.06.2020. Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) İdarə Heyətinin üzvü Vüqar Babakişiyevin verdiyi məlumata əsasən Dövlət Sığorta Kommersiya Şirkətində beynəlxalq təcrübəyə əsaslanan, eləcə də müasir standartlara cavab verən yeni korporativ idarəetmə strukturunu təsdiqləyib.
Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) tövsiyəsinə əsasən, “Azərsığortada” beynəlxalq standartlara cavab verən korporativ idarəetmənin təmin edilməsi, eləcə də müştəri məmnuniyyətinin səviyyəsinin yüksəldilməsi və onlara göstərilən xidmət keyfiyyətinin daha da artırılmasına xidmət edəcək yeni struktur formalaşdırılmışdır.
Yeni strukturun bölmələrinin fəaliyyətə başlaması, ilə effektivliyinin tam şəklildə təmin edilməsi üçün departamentlərin Əsasnamələri, iş prosedurları və təlimatları hazırlanmışdır. Fəaliyyət planı üzrə bu işlərin həyata keçirilməsi üçün İdarə Heyətinin qərarı ilə müvafiq işçi qrupu yaradılmışdır.
Qeyd edək ki, uzunmüddətli fəaliyyət tarixinə malik olan Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan sığorta bazarında ən geniş filial şəbəkəsinə məxsus sığorta təşkilatıdır. “Azərsığorta” respublikanın bölgələrində fəaliyyət göstərən 75 filialı vasitəsi ilə əhaliyə, o cümlədən fiziki və hüquqi şəxslərə 28 sığorta növü ( 9 icbari, 19 könüllü) üzrə xidmətlər təklif edir.
__________________________________________________________________
Ətraflı məlumat üçün Marketinq, ictimai əlaqələr və PR şöbəsi ilə əlaqə saxlaya bilərsiniz
Dövlət Sığorta Şirkəti
Bakı ş, İ.Dadaşov küçəsi 260
Tel: (+994 12) 561 28 87 /17
Mob: (+99455) 369 60 20
www.azersigorta.az