qaynar xətt *1200
+99412 3102270
Şəxsi kabinet

AZ

RU EN

Bayram təbriki

24.5.2020

Hörmətli həmkarlar!

Sizi  Ramazan bayramı münasibətilə təbrik edirik!

Müqəddəs kitabımız olan Qurani-Kərimin nazil olduğu Ramazan ayı xeyirxahlıq, mərhəmət, şəfqət və bərabərliyə, mənəvi kamilliyə dəvət edən, insanların düşüncəsini saflaşdıran, sağlamlığına tövhələr verən, varlıqları bölüşdürən, insanlığa insanlara dəyər verməyi  öyrədən bir müqəddəs aydır.

Təəssüflə olsun ki, bu il Ramazan ayı və bayramı dünyanın pandemiya COVİD-2019 təhlükəsi ilə üz-üzə qaldığı bir vaxta təsadüf edir və bu mübarizədən xalqımıza az itkilərlə çıxmaq üçün dövlətimiz çox mühüm addımlar atır. İnanırıq ki, xalqımızın birliyi və Dövlətimizin apardığı tədbirlər nəticəsində biz bu sınaqdan tezliklə çıxa biləcəyik,  işlərimizdə uğurlara nail olacağıq və normal həyata qarşılayacağıq.

Şirkət olaraq bütün xalqımıza və şirkətimizin əməkdaşlarına tutulan orucların, edilən duaların Tanrı dərgahında qəbul olunmasını diləyir, hər kəsə xoşbəxtlik və süfrələrinizə ruzi-bərəkət arzu edirik.

Ramazan bayramınız mübarək!

© 2021. Dövlət Sığorta Şirkəti