xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə təşkilatlara fəaliyyətinin davam etdirilməsinə icazə verilir
30.3.2020
Nazirlər Kabineti yanında Operativ Qərərgahın 30 Mart 2020 tarixli Məlumatına əsasən Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması dair əlavə tədbirlərə icazə verilir.
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə təşkilatlara fəaliyyətinin davam etdirilməsinə icazə verilir:
9.Maliyyə təşkilatları üzrə
•Banklar və valyuta mübadiləsi məntəqələri
•Sığorta təşkilatları
•Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar
Karantin dövründə hər birinizdən və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməyinizi, sığorta müqavilələrinin və haqlarının ödənilməsinin elektron rela vaxt rejimində (HÖP, miliön və s.) aparılmasını, ərizə, şikayət və digər xidmətlərinizin məsafədən idarə etməklə elektron qaydada aparılması tələb edilir.
COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, sizdən Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına cidi riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur.