Balakən şəhərində baş vermiş yanğın hadisəsinə görə verilmiş sığorta ödənişi haqqında
28.1.2020
“İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq Balakən
şəhər sakini Bayramova Gülnar Ramiz qızını ona məxsus yaşayış evini Dövlət Sığorta Şirkətinə icbari
qaydada sığortalamışdır. 13 yanvar 2020-ci il tarixdə həmin ünvanda yanğın
hadisəsi baş vermişdir. Təqdim edilmiş sənədlərə və toplanmış materiallara
əsasən yanmış daşınmaz əmlak üçün 15.000 (on beş min) manat sığorta ödənişi
qanunvericiliyin tələblərinə uyğun şəkildə hesablanmış və vətəndaşın bank
hesabına köçürülmüşdür.
Bayramova Gülnar
Ramiz qızı ona göstərilmiş keyfiyyətli sığorta xidməti və ödənişinin həyata keçirdiyinə
görə Dövlət Sığorta Şirkətinə öz təşəkkürünü bildirmişdir.
Bunları nəzərə
alaraq Dövlət Sığorta Şirkəti bir daha respublikanın bütün vətəndaşlarına
müraciət edir: Əmlaklarınızı sığorta etdirin ki, gələcəkdə bu cür hadisələr baş
verdiyi halda sığorta təminatı ala biləsiniz.