Nizami rayonunda “İcbari və könüllü sığorta növlərinin həyata keçirilməsi” mövzusunda tədbir keçirilmişdir.
11.4.2019
09 aprel 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə “İcbari və könüllü sığorta növlərinin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Maliyyə
Bazarına Nəzarət Palatasının Sığorta Fəaliyyətinə Nəzarət və Dövlət Sığorta
Şirkətinin Hüquq və Kadr Departamentlərinin, Azərbaycan Sığortaçılar
Assosiyasiyası, “Standard İnsurance” Sığorta Şirkəti, Paşa Sığorta ASC-nin
nümayəndələri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Rayon
Icra Hakimiyyəti başçısının sahə və qəsəbə inzibati ərazi dairələri üzrə
nümayəndələri, mənzil-tikinti kooperativlərinin, sosial obyektlərin,
ticarət mərkəzlərinin, sənaye müəssisələrinin rəhbərləri və rayonda fəaliyyət
göstərən sahibkarlar iştirak ediblər.
Tədbirdə sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.(Ətraflı);