Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və itkin düşmüş hərbi qulluqçular ilə bağlı əlavə tədbirlər haqqında
28.1.2019
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak
olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə
ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin
yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara
alıram:
1. “Azərbaycan Respublikasının
ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar
xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə
üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə
678) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adına və 2-ci hissəyə “hərbi
qulluqçuların” sözlərindən sonra “və daxili işlər orqanları əməkdaşlarının”
sözləri əlavə edilsin;
1.2. preambulanın dördüncü
abzasına “hərbi qulluqçuların” sözlərindən sonra “, eləcə də daxili işlər
orqanları əməkdaşlarının” sözləri əlavə edilsin;
1.3. 1-ci hissəyə “vərəsələrinə”
sözündən əvvəl “və daxili işlər orqanları əməkdaşlarının” sözləri, “ödəmə”
sözündən sonra “(bundan sonra – birdəfəlik ödəmə)” sözləri əlavə edilsin;
1.4. 2-ci hissədə, 6.2-ci və
6.6-cı bəndlərdə “hissəsində” sözü “və 5-1-ci hissələrində” sözləri ilə, “ümumi
siyahıdakı” sözləri “siyahılardakı” sözü ilə əvəz edilsin;
1.5. 3.1-ci, 3.2-ci, 6.2-ci və
6.6-cı bəndlərə “hərbi qulluqçunun” sözlərindən sonra “və ya daxili işlər
orqanları əməkdaşının” sözləri əlavə edilsin;
1.6. 4-cü hissə aşağıdakı
redaksiyada verilsin:
“4. Birdəfəlik ödəmə həqiqi hərbi
xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin
düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin
verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat
məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə
alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər
orqanları əməkdaşlarının vərəsələrinə verilir.”;
1.7. aşağıdakı məzmunda 5-1-ci
hissə əlavə edilsin:
“5-1. Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının
ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar
xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları
əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.”.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını
üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn
digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli
gələn məsələləri həll etsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 yanvar 2019-cu
il.