1991-1997-ci illərdə həlak olmuş hərbi qulluqçuların vərəsələrininin nəzərinə
20.12.2018
1991-1997-ci illərdə “Hərbi
qulluqçuların dövlət icbari şəxsi sığortası” üzrə sığortalının (hərbi
qulluqçunun) həlak olması, ölməsi ilə əlaqədar sığorta ödənişi verilərkən, əgər
vərəsəlik hüququ haqda şəhadətnamədə vərəsə həddi-buluğa çatmayan olduqda (18
yaşdan az) onun payına düşən məbləğ vərəsənin yaşadığı ərazi üzrə Əmanət Bankına
onun adına əmanətə köçürmə yolu ilə ödənilirdi.
Həddi-buluğa çatmayan vərəsənin adına banka köçürülmüş
sığorta ödənişi məbləği, vərəsənin anası tərəfindən rayon (şəhər) qəyyumluq və
hamilik orqanına müraciət edib, müvafiq razılıq arayışı almaqla əmanət
bankından həmin pulu ala bilərdilər.