1991-97- ci illərdə şəhid olmuş hərbi qulluqçuların vərəsələrinin nəzərinə 2-ci-MƏLUMAT
23.10.2018
1991-97- ci illər ərzində şəhid olması
ilə bağlı sığorta ödənişinin alınmamasına iddia edən hərbi qulluqçuların
vərəsələrinin nəzərinə
2
ci -M Ə L U M A T
Vətəndaşıarın Şirkətə
çox saylı müraciətlərini nəzərə alaraq, bildiririk ki, Dövlət Sığorta
Şirkətində mövcud olan elektron informasiya bazasında yerləşdirilmiş siyahılara
və sənədlərə uyğun olaraq 1991-97- ci illər ərzində şəhid olmuş hərbi
qulluqçuların sığorta ödənişinin verilməsi və vərəsələri tərəfindən alınması
yoxlanılır. Nəticəyə uyğun olaraq hərbi qulluqçuların adları sıyahı üzrə sığorta
ödənişinin alınmaması dəqiqləşdirilir.
Sığorta
ödənişini almadıqlarını iddia edən şəxslərin nəzərinə çatdırırıq ki, Ədliyyə
Nazirliyinin notarial idarələrindən şəhid hərbi qulluqçunun qanuni vərəsəsi
haqqında şəhadətnamənin surətini əldə etməklə sığorta pulu alan şəxsin soyadı,
adı və atasının adı müəyyən edilə bilər.
Şirkətə
müraciət edən şəxslərə ödəniş jurnalında qeydiyyata alınmış və elektron
informasiya bazasında yerləşdirilmiş məlumatlar əsasında həlak olmuş və ya
itkin düşmüş hərbi qulluqçunun soyadı, adı və atasının adı göstərilməklə ödəniş tarixi və ödəniş həyata keçirilmiş
rayon barədə informasiya verilir. Notarial idarələrdən şəhid hərbi qulluqçunun
qanuni vərəsəsi haqqında şəhadətnamənin surəti və Şirkətdə olan məlumatlar əsasında
bir neçə müraciət edənin həmin illərdə ödəniş alması öz təsdiqini tapmışdır.
Bununla
əlaqədar Dövlət Sığorta Şirkətin
bütün rayon və şəhər filialları direktorlarına tapşırılmışdır ki, sıyahıların
və sənədlərin yoxlanmasında və dəqiqləşdirilməsində hərbi
qulluqçuların vərəsələrinə köməklik göstərsinlər.
Dövlət Sığorta Şirkətinin rəhbərliyi