qaynar xətt *1200
+99412 3102270
Şəxsi kabinet

AZ

RU EN

1991-1997- ci illər ərzində hərbi qulluqçuların vərəsələrinə Dövlət Sığorta Şirkəti tərəfindən sığorta ödənişlərinin verilməsinə dair

17.10.2018

1991-1997- ci illər ərzində hərbi qulluqçuların vərəsələrinə Dövlət Sığorta Şirkəti tərəfindən sığorta ödənişlərinin verilməsinə dair 

MƏLUMAT

  Ölkə Prezidenti cənab İlham Əliyevin 19 aprel 2018-ci il tarixli 1 saylı Fərmanı ilə Azərbaycan Respublikasının ərazı bütövlüyü uğrunda həlak olmuş, itgin düşmüş, hərbi qulluqçuların varislərinə birdəfəlik ödəmə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Nazirliyin rəsmi İNTERNET saytlnda adları göstərilən bir qrup hərbi qulluqçuların varisləri Dövlət Sığorta Şirkətindən sığorta ödənişlərinin onlar tərəfindən  alınmadığını iddia edirlər.   

Bununla əlaqədar məlum edirik ki,  1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itgin düşmüş hərbi qulluqçuların varislərinə həmin dövürdə olan “Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında” Qanuna əsasən  Dövlət Sığorta Şirkəti tərəfindən( 50.000 – 200.000  manat) məbləğində sığorta ödənişi həyata keçrilirdi.  

Vətəndaşlar yaşadıqları ünvan üzrə Dövlət Sığorta Şirkətinnin rayon(şəhər) filiallarına ərizə, ölüm haqqında şəhadətnamə, hərbi komissarlıq tərəfindən verilən hərbi xidmətdə olmalarını təsdiq edən sənədlərini təqdim etdikdən sonra Şirkətin rayon(şəhər) filiallarınnın müvafiq arayışı əsasında rayon notarial kontorlarında Vərəsəlik haqqında Şəhadətnamə alınıb Şirkətə təqdim edilirdi. Qeyd olunan dövrdə 2917 nəfər hərbi qulluqçularının varisinə sıgorta ödənişi hesablanaraq onların yaşadığı rayon və şəhərdə Əmanət bankındakı  hesablarına köçürülmüşdür.Vərəsəlik hüququnu təsdiq edən  Şəhadətnamədə müəyyən edilmiş varisə və yaxud vərəsələrə öz istəkləri ilə adlı çeklə bankdan  pulu almaq və yaxud Əmanət Bankında olan hesaba köçürməklə ödənilirdi.

(Qeyd: həddibuluğa çatmamış varis uşaqların adlarına sığorta ödənişi Əmanət Bankına köçürülürdü).

Sığorta Şirkəti tərəfindən aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan sığorta ödənişi məbləğləri hərbi qulluqçuların varislərinin adlarına Əmanət Bankında olan hesablarına  köçürülmüşdür. Belə ki, Neftcala, Kəlbəcər, Suraxanı, Nərimanov, Xəzər və digər rayon filiallarında şikayətçi vətəndaşlara sığorta ödənişi məbləğlərinin ödənilməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, Neftcala rayonundan şəhid olan İsmayılov Möhübbət İmanverdi öğlunun, Rəcəbov Rəvan Abdulrza oğlunun, Kəlbəcər rayonundan  Şərifov Zaur Faiq oğlunun, Bayramov Xalis Sultanəli oğlunun, Qədimov Azər Baris oğlunun, Nərimanov rayonundan Xamoyev Fərman Teymur oğlunun, Həsənov Asif Dadaş oğlunun, Əhmədov Etibar Hümbət oğlunun, Zaqatala rayonundan şəhid Hüseyn Allahyarovun anası Sərvinaz Allahyarova və sair varislərin adlarına adlı çeklə və Əmanət Bankına köçürmə  yolu ilə sığorta ödənişi məbləğlərinin ödənilməsi tərəfimizdən sübuta yetrilmişdir.

Həmçinin bildirmək istərdik ki, şikayətçi vətəndaşlar Dövlət Sığorta Şirkəti ilə yanaşı bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çoxsaylı müraciətlər edirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə aydınlıq gətirmək üçün öz növbəsində araşdırma aparmış və şikayətçi vətəndaşların sığorta ödənişi almaları barədə Respublika Baş Notarial kontorunun arxivində həmin şəhid ailələrinin varislərinə verilmiş vərəsəlik şəhadətnamələrini aşkar etmişdir. Belə ki, şəhid Rzayev Nəsimi Məcid oğlunun, Şərifov Zaur Faiq oğlunun, Bayramov Xasil Sultanəli oğlunun, Musayev Zahid Daşqın oğlunun, Mehdiyev Taleh Teymur oğlunun, Xamoyev Fərman Teymur oğlunun, Abışov Məhərrəm Qubad oğlunun, Həsənov Asif Dadaş oğlunun, Qədimov Musa Əziz oğlunun, İsmayılov Möhübbət İmanverdi oğlunun, İbrahimov Əmir Əsgər oğlunun, Ağabalayev Atabala Sərmağa oğlunun, Tağıyev Həmid Bəhmən oğlunun varislərinə sığorta ödənişinin verilməsi üçün vərəsəlik haqqında şəhadətnamələrin surətləri Əmək və Sosial Müdafiəsi Nazirliyin əməkdaşları tərəfindən Baş Notarial Kontorunun arxivindən alınmışdır ki, bu da həmin şəxslərin varislərinə sığorta ödənişlərinin verilməsini təsdiq edir.

Şirkətə və digər təşkilatlara müraciət edən vətəndaşlara Şirkətin kompüter proqramları 1991-97-ci illərdə sığorta məbləğinin ödənilmiş hərbi qulluqçuların soyadı, adı, atasının adı, sığorta məbləğinin ödəmə tarixi barədə məlumatlar verilir, Beləliklə bir sıra şikayətçi vətəndaşlar Dövlət Sığorta Şirkətindən o vaxtlar sığorta ödənişi almaları sübuta yetrilərək iddaıarın əsasız olduğu müəyyən edilmişdir.

Hazırda şikayətçilərin ərizələri əsasında Ədliyyə Nazirliyinin Baş Notariat Kontoruna və Əmanət Bankının hüquqi varisi olan Kapital Banka sorğu göndərilməklə bu məsələyə aydınlıq gətirməklə onlara olan sığorta ödənişinin almaları barədə məlumat veriləcəkdir.

“Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası Qanununa və “İcra Hakimiyyəti orqanlarının idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanması müddətləri göstərilməklə siyahısı”nın 254-cü bəndinə əsasən mühasib qeydiyyatı üçün əsas olan, təsərüffat əməliyyatının aparılmasını qeydə alan ilkin sənədlər və onlara aid olan əlavələrin (kassa, bank sənədləri, bank xəbərdarlığı və köçürmə tələbnamələri, bank çıxarılışı, iş naryadları, cədvəllər, əmlak və materialların qəbulu, təhvil verilməsi və hesabdan silinməsi aktları, əmtəə materiallarının uçotu üzrə qəbz və qaimələr, avans hesabatları və başqaları) saxlanılması müddəti 5 il göstərilmişdir.

Bu səbəbdən 1991-97 ci illərdə Dövlət Sığorta Şirkətinin rayon və şəhər filialları tərəfindən bütün maliyyə sənədləri, o cümlədən hərbi qulluqçuların dövlət icbarı şəxsi sığorta ödənişlərinə dair ilkin sənədlər Dövlət arxivinə təhvil verilmişdir.

Sənədlərin Dövlət arxivinə təhvil verilməsi  barədə müvafiq aktlar mövcuddur.

Buna baxmayaraq 1991-1997- cil illərdə hərbi qulluqçuların varislərinə sığorta ödənişinin verilməsinə dair Şirkətdə və rayon, şəhər filiallarında ilkin qeydiyyat jurnalı aparılmış və hazırda kompüter proqramına daxil edilməklə saxlanılır.

Bu məsələnin araşdırılması və şikayətçilərə məlumat verilməsi Şirkətrəhbərliyinin ciddi və gündəlik nəzarətindədir.

Dövlət Sıgorta Şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyu uğrunda həlak olmuş şəhidlərin qarşısında quvvədə olan qanunvericilik daxilində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirilməsini təmin edir.

Allah bütün şəhidlərə rəhmət eləsin.

Dövlət Sığorta Şirkəti

 

© 2021. Dövlət Sığorta Şirkəti