qaynar xətt *1200
+99412 3102270
Şəxsi kabinet

AZ

RU EN

Bakıda VI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

2.7.2015

Bu gün Bakıda  ölkəmizdə ilin ən böyük sığorta tədbiri olan ənənəvi Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2015) öz işinə başlayıb. Tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilir.Məlumatına görə, tədbir iki gün davam edəcək.

Forumun rəsmi açılış mərasimində maliyyə naziri Samir Şərifov, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə, maliyyə nazirinin müavini Azər Bayramov və Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov və Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin Sədri Məmməd Məmmədov iştirak edir.

Sayca altıncı olacaq builki Forum Qafqaz regionunda sığorta və təkrarsığorta bazarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirir. Forum iştirakçılar arasında interaktiv ünsiyyətə istiqamətlənmiş platforma olmaqla, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Ümumilikdə AİİF-2015-də 25-dən çox ölkənin 70 şirkətinin 250-dən çox nümayəndəsi iştirak edir. Bunlardan 101-ci xarici iştirakçılardır. Onların arasında dünyanın məşhur “Swiss Re”, “Munich Re”, “Hannover Re”, “Scor”, “Allianz”, “Ace Group” “Jardine Lloyd Thompson Group”, “Deloitte”, “Standard and Poor's”,  “Audatex” və digər şirkətlərinin yüksək təmsilçiləri var. İştirakçılardan 141-i isə yerli sığorta bazarını təmsil edir. Bunlar ölkədəki 26 sığorta, 1 təkrar sığorta, eləcə də broker şirkətlərinin nümayəndələridir. Həmçinin foruma beynəlxalq təşkilatların və müxtəlif assosiasiyaların (ictimai birliklərin) təmsilçiləri qatılıb.

Forumun sponsorları arasında 10 yerli, 7 xarici şirkət var. Bu baxımdan İsveçrənin təkrarsığorta nəhəngi “Swiss Re” şirkəti, eləcə də bütün dünyada sığorta hadisələri nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi ilə məşğul olan “Audatex” şirkəti xüsusi qeyd olunmalıdır. 

© 2012-2019. Dövlət Sığorta Şirkəti