Dövlət Sığorta Şirkəti
qaynar xətt
+99450 234 99 72
+99450 234 99 70
Şəxsi kabinet

AZ

RU EN
X

Zəng sifariş et

Adınız:
Telefon:

1991-97- ci illərdə şəhid olmuş hərbi qulluqçuların vərəsələrinin nəzərinə 2-ci-MƏLUMAT

23.10.2018

1991-97- ci illər ərzində şəhid olması ilə bağlı sığorta ödənişinin alınmamasına iddia edən hərbi qulluqçuların vərəsələrinin nəzərinə

 2 ci -M Ə L U M A T

Vətəndaşıarın Şirkətə çox saylı müraciətlərini nəzərə alaraq, bildiririk ki, Dövlət Sığorta Şirkətində mövcud olan elektron informasiya bazasında yerləşdirilmiş siyahılara və sənədlərə uyğun olaraq 1991-97- ci illər ərzində şəhid olmuş hərbi qulluqçuların sığorta ödənişinin verilməsi və vərəsələri tərəfindən alınması yoxlanılır. Nəticəyə uyğun olaraq hərbi qulluqçuların adları sıyahı üzrə sığorta ödənişinin alınmaması dəqiqləşdirilir.

Sığorta ödənişini almadıqlarını iddia edən şəxslərin nəzərinə çatdırırıq ki, Ədliyyə Nazirliyinin notarial idarələrindən şəhid hərbi qulluqçunun qanuni vərəsəsi haqqında şəhadətnamənin surətini əldə etməklə sığorta pulu alan şəxsin soyadı, adı və atasının adı müəyyən edilə bilər.

Şirkətə müraciət edən şəxslərə ödəniş jurnalında qeydiyyata alınmış və elektron informasiya bazasında yerləşdirilmiş məlumatlar əsasında həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçunun soyadı, adı və atasının adı göstərilməklə ödəniş tarixi  və ödəniş həyata keçirilmiş rayon barədə informasiya verilir. Notarial idarələrdən şəhid hərbi qulluqçunun qanuni vərəsəsi haqqında şəhadətnamənin surəti və Şirkətdə olan məlumatlar əsasında bir neçə müraciət edənin həmin illərdə ödəniş alması öz təsdiqini tapmışdır.

Bununla əlaqədar  Dövlət Sığorta Şirkətin bütün rayon və şəhər filialları direktorlarına tapşırılmışdır ki,  sıyahıların və sənədlərin yoxlanmasında və dəqiqləşdirilməsində hərbi qulluqçuların vərəsələrinə köməklik göstərsinlər.

 

Dövlət Sığorta Şirkətinin rəhbərliyi