İdarə Heyətinin üzvü

Nail Əli oğlu Əsgərli

İdarə Heyətinin üzvü

1977-ci ildə Zəngilan rayonunda anadan olub.

2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Kimya və texnologiya fakültəsi üzrə bakalavr, 2021-ci ildən ikinci təhsil olaraq, Atatürk Universitetinin  Dövlət idarəçiliyi fakültəsində bakalavr təhsili almışdır. Əmək fəaliyyətinə 2008-ci ildə “Akkord İnşaat Sənaye” MMC-də mütəxəssis kimi başlamış, 2010-cu ildə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” MMC-də şöbə rəisi, 2012-ci ildə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC də Qaraj Təsərrüfatı şöbəsinin rəisi, 2017-ci ildə “NN Transportation and Procurement” MMC də baş direktor, 2018-ci il Azərbaycan Dövlət Auditorlar Palatasında  Dövlət orqanları və Dövlət idarələri ilə iş şöbəsinin müdiri, 2019-cu ildə Azərbaycan Dövlət Sığorta Kommersiya şirkətinin Nərimanov filialında direktor, 2020-ci ildən Azərbaycan Dövlət Sığorta Kommersiya şirkətinin Təhlükəsizlik Xidmətinin rəisi olmuşdur. 2022-ci ildən Azərbaycan Dövlət Sığorta Kommersiya şirkətinin Təhlükəsizlik Departamentinin direktoru vəzifəsində çalışır və eyni zamanda 2021-ci ildən etibarən qeyd edilən qurumda İdarə Heyətinin üzvüdür.