İdarə Heyəti sədrinin müşaviri

Kamran Asim oğlu Uluxanov

İdarə Heyəti sədrinin müşaviri

30 ildən artıqdır ki, maliyyə sahəsində təcrübəsi vardır. 1996-cı ilə kimi Azərbaycan Beynəlxalq Bankında departament rəhbəri, eyni zamanda, İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. Daha sonra isə HSBC Azərbaycan filialının baş direktorunun müavini kimi çalışmışdır. 2002-ci ildə Rusiya Federasiyasının HSBC bankında fəaliyyətini başlayaraq, 2019-cu ilədək RF-da çalışmışdır. Maliyyə bazarları, aktivlərin idarə edilməsi, birbaşa investisiyalar və digər istiqamətlər üzrə iş təcrübəsinə sahibdir. 

2021-ci ildə Azərbaycan İnvestisiya Holdinqində İdarə Heyəti sədrinin müşaviri olmuşdur. 2022-ci ildən etibarən Azərsığorta şirkətində İdarə Heyəti sədrinin müşaviri olaraq fəaliyyətini davam etdirir.